“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


01.11.2021  00:31 

“Xalqa öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın!“





A+  A-

"Hakimiyyəti səmt qazını BP-dən pulsuz alıb, Azərbaycan xalqına gürcülərdən 1,6 dəfə baha satır".

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu çıxış edib.

Q.İbadoğlu bildirib ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb:

"Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda xaricə satdığımız qazın ölkələr üzrə miqdar, dəyər göstəriciləri yer alıb. Mən də tənbəllik etməyib, qazın hər 1000 kub metrindən Azərbaycanın qazancını hesabladım. Məlum oldu, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır, Türkiyə və Bolqarıstana satdığı qazın qiyməti ilə demək olar ki, eynidir. Adını çəkdiyim ölkələrin hamısı qaz idxalatçılarıdır. Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun? Heç olmazsa ədalətiniz olsun, Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın!"

Foto bölməsindəki cədvələ baxıb, qiymətləri özünüz müqayisə edə bilərsiniz.



Q.İbadoğlu onun bu açıqlamasına təkzib verəcək insanlara da cavab verib:

"İndi "akademik"lər yazacaqlar ki, bəs Avropaya qazı spot qiyməti ilə, Gürcüstana və Türkiyəyədə uzunmüddətli müqavilələrlə satırıq. Nə olsun? Onda nədən Azərbaycanda əhali istehlakçı qrupuna qazın qiymətini bir gecədə bahalaşdırdınız. Onlar üçün də elan edərdiniz ki, qazın qiyməti gələn ildən bahalaşacaq, əmək haqqı və pensiyalar artandan sonra".

Xəbər 1495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +