“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


28.03.2018  11:26 

Şok dələduzluq - Azərbaycanda bu saytlara girən “cərimələnir”





A+  A-

Azərbaycanda mobil telefon istifadəçiləri yeni dələduzluq faktı ilə üzləşib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin adından bir neçə abunəçinin telefonuna pedofiliya əlamətləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara daxil olanların bloklanması və cərimə olunması barədə bildiriş gəlib.

Bildirişdə blokdan çıxmaq üçün cərimə məbləğinin 55 manat olması qeyd olunub. Blok ləğv olunmadığı halda isə abunəçinin dərhal polis orqanları tərəfindən həbs olunacağı və məlumatların prokurorluğa göndəriləcəyi bildirilib. Hətta bu problemlə üzləşən abunəçilərdən biri məsələdən ehtiyat etdiyi üçün mesajda göstərilən koda cəriməni ödəməli olub.



Sayt məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət edib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, təmsil etdiyi qurum tərəfindən sözügedən mesaj heç bir abunəçinin mobil telefonuna göndərilməyib: “Bu, Nazirlik adına yayılan böhtandır. Kim belə bir məsələ ilə qarşılaşıbsa “102” xidmətinə və ya aidiyyatı üzrə polis orqanına müraciət edə bilər. Məsələ araşdırıldıqdan sonra ona hüquqi qiymət veriləcək”.

Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Hacıyev faktla bağlı bildirib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi (xırda talama) ilə tənzimlənir: “İnzibati həbs tənbeh növündə 3 ay müddətinə qədər həbs tətbiq edilir. Yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamaya görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət qədər sayılmadıqda 3 ay müddətədək inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 227- ci maddəsinin həmin maddədə göstərilən əməlin Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”.


Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +