İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


29.08.2017  11:17 

Direktordan jurnalistə: ““Dux”un varsa, dediklərinin arxasında dayan!” - AUDİO





A+  A-

Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.
XəzərNews.az xəbər verir ki, Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.

Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda “bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün saytın əməkdaşı Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb. Özünü direktor müavini kimi təqdim edən şəxs isə jurnalisti təhqir və təhdid edib:

“Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”

Sayt yazır ki, özünü “direktor müavini” kimi təqdim etsə də, telefonda danışan şəxs səsinə və intonasiyasına görə onun məhz direktor olduğu şübhəsi yaranır: “Bu cür əxlaq sahibi olan direktor və ya direktor müavininin fəaliyyət göstərdiyi məktəbdə isə işçilərin təhqir edildiyi barədə məktubda yazılanların həqiqət olduğuna inam artır.

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, nazirlik 3-cü şəxslərin müraciətlərinə baxmır. Bunun üçün şikayətçilər birbaşa Təhsil Nazirliyinə müraciət etməlidirlər.


Xəbər 1385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +