İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


22.05.2017  16:12 

Erməni oliqarx “İzvestiya”nın binasını aldı, Vahid Ələkbərovla şərik oldu





A+  A-

“İzvestiya” qəzetinin Moskvadakı məşhur binasının yeni sahibinin adı nəhayət məlum olub.
Bu, erməni milyarder Samvel Karapetyanın “Taşir” qrupudur. Şirkət qəzetin keçmiş redaksiya binasını restavrasiya edərək yerində çoxfunksiyalı kompleks, o cümlədən otel açacaq və bu işə 150 milyon dollar yatıracaq. Bildirilir ki, “Taşir” artıq rekonstruksiya işlərinə başlayıb. Bu zaman binanın fasadı toxunulmaz qalacaq.

Binanın alınmasına dair sövdələşmə hələ iki il əvvəl əldə edilib. Moskvanın Tverskoy küçəsi 181 ünvanında yerləşən bina “İzvestiya” ASC-nin balansında olub, həmin ASC-nin səhmləri isə “Milli Media Qrupu”na məxsus idi. Aprelin əvvəllərində xəbər yayılıb ki, “İzvestiya” ASC-nin səhmlərinin 74.4 faizini Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Midrev Holdings Inc” şirkəti alıb. Sövdələşmə 35-45 milyon dollar arası qiymətləndirilirdi. Lakin o vaxt şirkətin benefisiarlarının adlarını müəyyən etmək mümkün olmamışdı. KİV-lər isə səhmlərin hələ 2015-ci ilin fevralında satıldığını, lakin tərəflərin yekun razılaşma imzalamasının iki il ləngidiyini yazıblar.

“Kommersant” və RBK isə “İsvestiya” ASC-nin səhmlərini alan şirkətin ya Samvel Karapetyanın “Taşir” qrupu, ya erməni biznesmenin biznes partnyorları olduqlarını yazıb. Səhmlərin satışının iki il ləngiməsi isə “İzvestiya” ASC-nin daxilindəki korporativ münaqişə ilə bağlı olub. Həmin şirkətin minoritar səhm paketinin sahibi isə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov və şirkətin vitse-prezidenti Leonid Feduna bağlı hesab olunan şirkətdir.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində “Lukoil” “İzvestiya”nın səhmlərinin 40 (bəzi məlumatlara görə 48 ) faizini almışdı. Bundan qısa müddət sonra qəzetin redaksiyası ilə Vahid Ələkbərov arasında münaqişə yaranıb. Bunun səbəbi “İzvestiya”nın o vaxtkı baş nazir Viktor Çernomırdinin 5 milyard dollar pulunun olması barədə ABŞ Konqresininin iclasının stenoqramını dərc etməsi idi. Bu, həmin vaxtlar idi ki, “İzvestiya”nın tirajı on milyon nüsxəni keçirdi və o, Rusiyanın ən nüfuzlu nəşri hesab edilirdi.

İndi isə belə görünür ki, Vahid Ələkbərov qəzetin keçmiş redaksiya binasının mülkiyyətçilərindən biri kimi istər-istəməz erməni milyarderlə ortaq olur.

(virtualaz.org)

Xəbər 1016 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +