“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


03.12.2022  13:51 

Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu...





A+  A-

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyi ilə Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin apellyasiya şikayətinə baxılıb. Prosesdə şikayət müəllifi olan keçmiş deputat İlham Əliyev də iştirak edib.

Hazırkı məhkəmə davasını Şabran rayonunun Gəndob kəndində yaşayan sahibkar Mənsur İbrahimov açıb. O, keçmiş deputat İlham Əliyev və sahibkar Kərim Məmmədovun ailə üzvlərinin şərikli işlətdiyi “TURAZ” MMC-yə qarşı Şabran rayon məhkəməsinə iddia təqdim edib. İddiasında cavabdehlər İlham Əliyevlə Kərim Məmmədovun ona məxsus 26 hektar torpaq sahəsində qanunsuz olaraq sahibkarlıqla məşğul olduqlarını, torpağı və üzərindəki əmlakları onun sahibliyinə qaytarılmasını tələb edib. Şabran rayon məhkəməsi iddianı təmin etmişdi.

Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən proseslə bağlı "Şimal Xəbərləri" saytının baş redaktoru Müqəddəs Mehdiyev "Yeni Müsavat"a deyib ki, Sumqayıt Apellyasiya Məhkəməsi İlham Əliyevin şikayətini əsassız sayıb.

Qərara əsasən, Mansur İbrahimova məxsus 26 hektar torpağın ona qaytarılmalıdır. Beləliklə də, İlham Əliyev illər öncə qeyri-qanuni ələ keçirdiyi torpaqları sahibinə verməldir.



Müqəddəs Mehdiyev bildirib ki, iddialara görə “TURAZ” şirkəti hər il Mansur İbrahimova məxsus torpaqdakı fəaliyyətdən on milyonlarla manat qazanc əldə edir: "Mansur İbrahimovun dediklərinə görə, onun əmlakı və şirkətdən ona çatan pay “TURAZ”-ın şərikləri tərəfindən mənimsənilib. Bakı Kommersiya Məhkəməsi onun xeyrinə qərar verməsə də, Mansur müəllim mübarizəsini davam etdirir. Şabrandan adının çəkilməsini istəməyən mötəbər mənbənin söylədiklərinə görə, keçmiş administrasiya rəhbəri Ramiz Mehdiyevin himayəsindəki şirkətin fəaliyyətində ciddi qanun pozuntuları mövcuddur. Ramiz Mehdiyevin özü də Gəndoba gəlib, üzümlüklərə, meyvə bağlarına və kürəkəninin 12 min tonluq soyuducu anbarına baxıb. Ərazidəki göl də Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya qanunsuz olaraq icarəyə verilib. İlham Əliyevin isə regiondakı biznes şəbəkəsi bununla məhdudlaşmır. Xaçmazda və ətraf rayonlarda da obyektləri var".

M.Mehdiyev deyib ki, Ramiz Mehdiyevin Nabranın Tel kəndi yolunun sağında, Qusarda, Qubada, Şabranın Giləvar kəndində, Xızıda bir-birindən dəbdəbəli villaları var. “Baxın, bir adamın təkcə şimal bölgəsində 5 villası var. Bunların heç birinə qara qəpik də xərcləməyib. Hamısını yerli icra başçıları oğurluq pullarla tikiblər. Ümumiyyətlə, regionda Mehdiyevin “şayka”sı var. Nə olsun, Ramiz Mehdiyevdən soruşan varmı ki, təkcə bir regiondakı 5 villanı hansı pulla tikdirib?”

Onu da qeyd edim ki, hazırda sahibkar Mansur İbrahimovun daxili işlər naziri Vilayət Eyvazova müraciəti əsasında DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin mühüm işlər baş müstəntiqi Cövdət İsgəndərov “TURAZ” MMC-nin fəaliyyətini araşdırır.

Xəbər 888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +