Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


21.09.2021  16:07 

Bu din xadiminin nə qədər məkrli olmasından xəbər verir...





A+  A-

Bizim din xadimlərimizdən İranın ali dini liderinin Ərdəbildəki təmsilçisinin azərbaycanlıları təhqir etməsinə münasibət bildirilməsi çox yubanır. Bəlkə də rəsmi münasibət bildirmək lazım deyil, amma istənilən halda vətəndaş mövqeyini bildirmək vacibdir.

Dini liderin çıxışında iki məsələ daha çox diqqət çəkir: - Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsindən narahatçılıq, digər bir məsələ isə Türkiyə və Azərbaycanın güya qonşuluq haqqının yerinə yetirməməsidir.
Əslində isə məsələnin kökündə Gorus-Qafan yolunda Azərbaycan polisinin post qurması və İran avtomobillərinin yoxlanılmasıdır. Burada həmçinin böyük zəfərə qısqanc münasibətin cizgiləri də aydın sezilir.

Din xadimi olmasam da məsələyə məhz dini müstəvidə münasibət bildirmək istəyirəm. Hörmətli dini liderin diqqətinə çatdırmaq istəyirəm ki, dünyada İslamın möhkəmlənməsi, bərqərar olması, yaşaması və genişlənməsi İslam ölkələri arasında dostluq və əməkdaşlıq münasibətlərindən birbaşa asılıdır.

İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir:

"Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78). "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103). "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir" (Ənfal,46).

Türkiyə və Azərbaycanın güya qonşuluq haqqının yerinə yetirməməsinə gəlincə isə yenə müqəddəs kitabımıza istinad edək. Qurani-Kərimdə Allaha imanı əmr edən və şirki yasaqlayan ifadələrin dərhal ardından sadalanan əxlaq hökmləri arasında ata-anaya qarşı xoş davranışdan sonra qonşuya yaxşılıq etmək önəmlə vurğulanmışdır:

”Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, fəxarət edənləri sevməz! (ən-Nisə, 4/36)”.

Bu mənada biz İranın Ermənistan qonşusuna yaxşılıq etməsini anlayırıq, amma müsəlman ölkəsi olan Azərbaycana hədəsini isə başa düşə bilmirik. Azərbaycan dövləti dəfələrlə İran İslam Respublikasına olan dost münasibətini açıq şəkildə bildirmişdir.

Yaxşı xatırlayıram, Azərbaycan Respublikasının prezidenti işğaldan azad olunmuş rayonlara səfəri zamanı İranla olan sərhədi göstərərək onu dostluq sərhəddi adlandırdı. Azərbaycan regionun bütün ölkələri dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı əməkdalıq siyasətini həyata keçirir.

Yəqin ki, İranın ali dini liderinin Ərdəbildəki hörmətli təmsilçisinin Ermənistanın Azərbaycan ərazilərinin 30 il işğal altında saxlamasından məlumatsız delyildir. Eyni zamanda bu 30 il ərzində ermənilərin işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün kəndləri, şəhərləri, tarixi abidələri və məscidləri dağını, viran qoyduğunu və 20 minə yaxın azərbaycanlını qətlə yetirdiyini və şəhid etdiyini də bilməmiş deyil.

Bu gün İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi öz fikirləri ilə həm də Ermənistanın törətdiyi bu zülmə göz yumur ya da həmin zülmə sanki şərik qismində çıxış edir. İslam nəzərində zalım və zülmkar insan kimliyindən asılı olmayaraq elə bu dünyada atəş içində yanır amma, bunu özü hiss etmir.

Bu haqda Quranda belə buyurulur:

“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar.”(Hud surəsi 113). Quranda deyilir ki, günahkar və zülmkarları müdafiə edənlər qiyamət günü belə deyərlər: “Nəhayət, o, (Qiyamət günü) hüzurumuza gəldikdə (günahkar onu yoldan çıxaran dostuna) belə deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!" (nida gələr ki) Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!» (Zuxruf surəsi 37).

İran dini liderinin Ərdəbildəki hörmətli təmsilçisinin cəmaət qarşısında etdiyi moizədə gətirdiyi bir misal da heç yerinə düşmür. Qarı yara-yara gedib darvazanı açandan sonra qonşunun nəlbəkidə gətirdiyi kiçik payının havaya üfürülməsinin özü də ədəbsiz hərəkətdir. Bu cür misalları örnək kimi göstərmək olmaz. Əvvəla qarı yararaq darvazaya getməyin özündə bir fayda var, yəni evindən həyət qapısına qədər özünə yol açmısan. Digər bir tərəfdən sənə pay gətirən qonşu da qarı yara-yara sənə pay gətirib. Onun böyük və ya kiçik, az yada çox olmasından asılı olmayaraq qonşuya təşəkkür etmək və xoş təbəssüm göstərmək gərəkdir. Belə antihumanist hərəkətin misal kimi çəkilməsi hörmətli din xadiminin nə qədər məkrli olmasından xəbər verir. Onun məkri xilqətində və hədəsində aydın görünür.

Müqəddəs kitabımızda deyilir:

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır”.


Fərasət Qurbanov

Xəbər 2700 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +