Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


10.02.2023  11:10 

Baş həkim həbs edilib - Azərbaycanda





A+  A-

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.

Tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.

Hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verən müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə ondan aldığını deyib: “Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və onun barəsində cinayət işi açıldı”.

Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər 578 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +