Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


06.02.2022  11:49 

“Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir!“ - Ləman Ələşrəfqızı





A+  A-

Deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

XəzərNews.az xəbər verir ki, deputatın təhqir dolu yazısına sözügedən məqalədə adı keçən jurnalistlərdən biri də Ləman Ələşrəfqızıdır.

L.Ələşrəfqızı deputata cavab verib:

"Başım qarışıq olub bu gün, facebooka indi girirəm. Baxıram ki, deputat Cavanşir Feyziyev mən də daxil bir neçə jurnalisti təhqir edib, xarici kəşfiyyata işləyən, şərəfsiz və s. adlandırıb. Niyə, nə üçün? Çünki Britaniya məhkəməsinin çıxardığı qərarı efirimizdən səsləndirmişik, bu pulların ölkədən necə çıxarılmasından danışmışıq, şərh vermişik. Əcəb eləmişik! Zatən jurnalistikanın işi bu! Hansı şərəfdən danışırsız, ay yoldaş deputat? Şərəfi olan sizin kimi saxta yolla gedib parlamentdə oturmur. Şərəfi olan millətin pulunu oğurlayıb ingilisə yedirtmir! Sən o adamsan ki, bir ayağı amputasiya olunmuş , bir ayağı qanqrena vəziyyətdə olan əlilə kömək etmədin, dedin mən deputat maaşı ilə yaşayıram, amma milyonlarla funt sterlinqi ingilisə yedirdirsən.

Bax, bu, ilahi ədalətdir! Bir yetimə, əlilə dərman pulunu qıymayan adama Allah belə rüsvayçı aqibəti yaşadır.

Qaldı, xarici kəşfiyyat, agent-filan sayıqlamarına... Yeddi arxa dönənini xaricdə bəsləyən sənsən. Agent də, casus da sizdən çıxar. Biz özünüz demiş, çörəyimizi bir smartfondan çıxaran adamlarıq. Amma bu daha şərəfli çörəkdir. Qətiyyən yaddan çıxarmayın".

Xəbər 1579 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +