Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


30.12.2020  15:43 

“Koronavirusa yoluxmaq oğurluq deyil, şişirtməyin”





A+  A-

Tanınmış aparıcı Vüsalə Əlizadə koronavirusa yoluxub.
XəzərNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

Bir neçə gündür ATV-nin efirində görünməyən aparıcı özünü sosial həyatdan təcrid etdiyini bildirib: “Çox təəssüflər olsun ki, nə qədər qorunsam da, mən də dünyamızı cənginə almış sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil, bütün dünya - varlı, kasıb, məşhur, bir sözlə hamı yoluxur və yoluxacaq! İki həftədir işdə yoxam, qaydalara görə karantində olmalı idim, oldum da!

Artıq heç kim üçün qeyri- adi hadisə deyil, hamımız alışdıq, öyrəşdik və çox sıradan qəbul etdik bu virusu. Şişirdiləcək heç nə yoxdur! Çox şükürlər olsun ki, özümü yaxşı hiss edirəm və çox pozitiv qarşıladım, belə də bitirdik! Mənə görə narahat olub yazan, zəng edən, axtaran bütün dəyərli dost, tanış və izləyicilərim, var olun. Özünüzü qoruyun, Allaha əmanət olun!”.

Qeyd edək ki, Vüsaləni “7 canlı” proqramında müvəqqəti olaraq Günay Firudinqızı əvəzləyir.

Xəbər 1689 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +