Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


11.07.2023  14:13 

Nazim Bəydəmirli geri çəkilir: Hər şeyə hazırdır





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai xadim və sahibkar Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

XəzərNews.az “Turan”a istinadla xəbər verir ki, vəkil Aqil Layıc N. Bəydəmirlinin məhkəmədə bəzi mesajlar verdiyini deyib.

“Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur) bağlıdırsa, o payı istənilən şəxsə bağışlamaya hazırdır”, - vəkil deyib.

O deyib ki, bundan sonra müdafiə tərəfi Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracaq.

Qeyd edək ki, Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Ertəsi gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü sakinlərinin ətraf mühitin çirklənməsinə qarşı etirazları, yaxınlıqda yerləşən qızıl emalı zavodu ilə bağlı çıxışlarıdır.

Xəbər 980 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +