Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


26.07.2021  08:46 

“Ermənistan gərginliyi artıran siyasətə geri dönür” - TRT





A+  A-

Türkiyənin TRT telekanalının saytında Ermənistanın atəşkəsi pozması ilə bağlı məqalə dərc edilib.
XəzərNews.az “Təhlükəsizlik qaynaqları: “Ermənistan gərginliyi artıran siyasətə geri dönür” sərlövhəli məqaləni təqdim edir:

“Təhlükəsizlik qaynaqları Ermənistanın atəşkəsi pozması ilə əlaqədar “Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə gerçəkləşdirdiyi hücumlarla uzlaşmayan və gərginliyi artıran siyasətə geri dönməyə başladı” açıqlaması ilə çıxış edib.

“Sərtlik tərəfdarı generalın” təyin olunması

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, sərhədin Kəlbəcər bölgəsindəki Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulub, Azərbaycan ordusunun da qarşılıq verməsi ilə atışma baş verib.

Təhlükəsizlik qaynaqları yaşanan qarşıdurmaları Ermənistanın uzlaşmaz və gərginliyi artıran siyasətinin göstəricisi kimi qiymətləndirir.

Ermənistanda Baş nazir Paşinyanın müdafiə naziri Arutyunyanın yerinə Baş Qərargah rəisinin köməkçisi, general-mayor Arşak Karapetyanı təyin etdiyini xatırladan qaynaqlar Karapetyanın “sərtlik tərəfdarı” bir general olaraq tanındığını ifadə edib.

Azərbaycanın “Tək Vətən Hərəkatı” ilə işğal altındakı torpaqlarını işğaldan azad etdiyini xatırladan qaynaqlar 10 noyabr 2020-ci ildəki atəşkəsdən sonra azad olunan Azərbaycan torpaqları ilə Ermənistan arasındakı təmas xəttində sərhəd müəyyənləşdirmə məsələsində ixtilafın davam etdiyini bildirib.

Son dönəmdə Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonrakı dönəmin acısız keçməsi məsələsindəki qərarlılıqlarını dilə gətirdiyini bildirən qaynaqlar, yenə Əliyevin “Azərbaycan müharibəni başa çatdırdı. İndi sülhü düşünməyin və səhifəni çevirməyin zamanı gəldi. Biz buna hazırıq” ifadələrini xatırladıb.

Qaynaqlar Əliyevin sülh və dialoq çağırışlarına Ermənistan tərəfindən müsbət qarşılıq verilmədiyinə diqqət çəkərək, Ermənistanın bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə həyata keçirdiyi hücumlarla uzlaşmaz və gərginliyi artıran siyasətə geri dönməyə başladığını dilə gətirib”.

Xəbər 1173 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +