Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


07.10.2020  11:45 

Əsgərlərə 180 manat köçürən Hikmət baba... - VİDEO





A+  A-

Ötən gün sosial şəbəkələrdə Şəkinin Baş Küngüt kəndindən olan Hikmət Musayev adlı babanın ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
XəzərNews.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək Hikmət babanı tapıblar.

O bildirib ki, pulu balalarımız düşmən əsarətinə düşməsin deyə, Ordumuza dəstək məqsədilə ödəniş edib: “İndi birinci sinfə gedən balalarımız üçün bu pulu köçürmüşəm. Qoy onlar ermənilərə qul olmasınlar”.

Hikmət baba özü də bu dəqiqə cəbhəyə getməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Hikmət babanın özünün də sosial vəziyyətinin o qədər də yaxşı vəziyyətdə olmaması, köhnə ayaqqabı geyinməsinə baxmayaraq təqaüdündən 180 manat əsgərlərə köçürməsi böyük rəğbətlə qarşılanmışdı.

Nazirlik əməkdaşları isə babanın bütün ehtiyaclarını ödəyəcəklərini bildiriblər.



Xəbər 5408 dəfə oxunub.





27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +