“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


23.01.2018  09:16 

Körpəni xəstəxanaya qoyub qaçdılar - Sumqayıtda





A+  A-

Sumqayıtda insanlığa sığmayan bir hadisə yaşanıb.
XəzərNews.az XəzərXəbər-ə istinadən məlumat verir ki, beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. Bu hadisənin üzərindən 4 ay vaxt keçib, ancaq körpənin valideynlərindən səs-səmir çıxmır. Hazırda körpə Sumqayıt xəstəxanalarından birindədir.

Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur.

Tibb müəssisəsindən bildirilib ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.

Həkimlər deyir ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.

Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub.




Xəbər 1409 dəfə oxunub.





27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +