Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


14.09.2020  17:12 

Qanunsuz balıq ovlayanlar 13 min cərimələndi





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr 2020-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, araşdırma zamanı qanun pozucularının Qaradağ rayon sakinləri İmran və Teymur İsayev, Sumqayıt şəhər sakini Əkrəm Əliyev, İmişli rayon sakini Ramal Mirzəyev, Saatlı rayon sakinləri İltizam və Nizamət Məhərrəmov, Asif Yunusov, Samit Nəcəfov, Müslüm Aslanov, Səlimcan Fərəməzov, Fikrət Əliyev və Şamaxı rayon sakini Eyvaz Qənbərov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 12757 manat məbləğində cərimə olunub.

Xəbər 1850 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +