Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


15.07.2022  12:12 

Qorxuram bir gün anlayaq ki, qələbənin də xeyri yoxdur!





A+  A-

Həmişə dediyim sözdür, Azərbaycanın tale yüklü problemlərinin həlli seçki qutusundan keçir. Səmimi etiraf edim, müharibənin gedişində mən də bir balaca eyforiyaya uydum və düşündüm, bəlkə, səadətə burdan da yol gedir. Qələbə çalırıq, Qarabağ zillətindən xilas oluruq və ölkəni yavaş-yavaş düzəldirik.

Lakin zaman keçdikcə başqa bir həqiqəti anladım və sarsıldım. Hətta onu ifadə eləməkdən çəkindim. İndi – torpaq uğrunda canını verən qazilərin intiharı fonunda bıçağın sümüyə dirənməsi məni etirafa vadar edir.

Bölüşməkdən qorxduğum həqiqət bu idi:

Qorxuram bir gün anlayaq ki, qələbənin də xeyri yoxdur!

90-larda pul da yox idi, torpaq da – ümidli idik.

2000-lərdə pul vardı, torpaq yox idi – ümidimizin yarısı azaldı.

İndi pul da var, torpaq da – ümidsizik.

Qələbəni gözləyirdik, o da gəldi. Sonra? Səadətmi? Axmaq olmayaq! Bəs nə edək? Mənə qalırsa, heç nə. Heç nəyin xeyri yoxdur! Nə mübarizənin, nə mitinqin, nə də Qərbin təzyiqinin...

Biz yüz illərdir Kreml tərəfindən lənətlənmişik və bu zülmə zidd getmək istəyən heç kəs Bakıda duruş gətirə bilməz.

Haqlı çıxdığım üçün təəssüflənirəm.

Şərif AĞ

Xəbər 1611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +