Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


24.03.2024  09:48 

Krokusda terror aktı zamanı 15 yaşlı məktəbli yüzdən çox insanı xilas edib





A+  A-

Moskva yaxınlığındakı Krasnoqorskda “Krokus Siti Holl”da törədilən terror aktı zamanı 15 yaşlı məktəbli İslam X. yüzdən çox insanı xilas edib.

Xəzərnews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda“ qəzeti məlumat yayıb.

Məlumata görə, səkkizinci sinif şagirdi “Piknik” rok qrupunun konserti zamanı qarderobda part-time işləyib və təsadüfən silahlı terrorçuların yanında olub. İslamın sözlərinə görə, o, təxminən yarım saat ərzində insanları binadan çıxarıb:

"Düz saat 23:00-da atəş səsləri eşidildi. Dərhal qaçdım ki, insanları çıxartmaq lazımdır. "Arxa” çıxışların harada olduğunu bilirik. Mən sakitcə çıxıb getsəydim, yüzlərlə adamın öləcəyini başa düşdüm. Kimi çıxarda bildimsə, çıxardım”.

İslam “Komsomolskaya Pravda“ qəzetinə müsahibəsində deyib: “Mən özümü qəhrəman hesab etmirəm”. Qəzet yazır ki, uşağın anası oğlunun hərəkətindən xəbər tutanda göz yaşlarını saxlaya bilməyib.

Xəbər 755 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +