“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


16.02.2022  19:32 

Hamı məmnundur: Qərbin irəli sürdüyü proqnoz düz çıxmadı...





A+  A-

Zelenski məmnundur ona görə ki, Rusiyanın bu gün səhər saatlarında Ukraynaya hücum edəcəyi ilə bağlı Qərbin irəli sürdüyü proqnoz düz çıxmadı. Əvəzində isə Zelenski 16 Fevral - Birlik Günü münasibətilə bağlı xalqa videomüraciətində bildirdi ki, “Ukraynalıları sülh şəraitində yaşamaq istəyi birləşdirir. Bu gün vacib bir gündür - hamımız üçün birlik, həmrəylik günüdür”.

Rusiyanın hücum edəcəyi gün kimi vurğulanan 16 fevralın Ukraynada Birlik Günü olaraq qeyd edildiyi bir vaxtda Rusiya isə bir güllə belə atmadan Donbası ələ keçirmək üçün əlverişli imkan qazandı. Belə ki, Dövlət Duması separatçı Donetsk və Luqansk “respublika”larını tanımaq haqqında qərar çıxardı. Putinin də istəklərindən biri də elə bu idi. Artıq bundan sonra bu "respublika"ların Rusiya tərəfindən dövlət səviyyəsində tanınması prosesi gedəcək. Lap sonda isə bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün yekun qərar çıxarılacaq. Bu da Putini tam qane edir. Adam nəticədən məmnundur. Qərbin Rusiyanın Ukraynaya hücum edəcəyi barədə süni həyəcan, ajotaj yaratması bu mənada Putinin əlinə oynadı.

Bayden də məmnun kimi görünür.

Bayden niyə məmnundur?

Çünki Rusiyanı işğalçı, davakar obrazında təqdim etməklə NATO və AB ölkələrini vahid siyasi və hərbi güc halında birləşdirməyə bir xeyli dərəcədə nail oldu.

Üstəgəl, bu qarşıdurma (Rusiya-Qərb qarşıdurması) ABŞ-a Avropanın neft və qaz bazarını demək olar ki, tam şəkildə ələ keçirməyə imkan verdi.

Yəni ki, ortada "böyük pullar" söz qonusudur.

Belə demək mümkünsə, Baydenlə Putin Ukraynanın başı üzərindən anlaşdılar, "bazarlıq" etdilər.

Və qarşıda böyük "oyun"un davamını da görəcəyik. Yəni ki, Ukraynanın NATO-ya üzvlük məsələsi yenə də gündəmdə saxlanılacaq.

Hələlik isə "oyun"un davamı kimi bu dəfə Rusiyanın Ukraynaya fevralın 16-da deyil, fevralın sonunda hücum edəcəyi versiyasını ortaya atdılar.

Bax belə. Necə deyərlər, "quzular hamısı sağ qalıb, canavarlar isə toxdur".

Bəybala Mirzəyev

Xəbər 1269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +