Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


09.03.2017  17:35 

“Universitetlərin tələbələri daşımaq üçün servis avtobusları olmalıdır”





A+  A-

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ali məktəb tələbələri ilə bağlı bir sıra problemi yenidən gündəmə gətirib.
Qeyd edək ki, hadisə zamanı sumqayıtlı sürücü Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Hadisə ölkə mətbuatında və sosial şəbəkələrdə gündəmin əsas müzakirə mövzusu olub. Olay müxtəlif prizmalardan şəhr olunur.

Təhsil eksperti Kamran Əsədov da fakta münasibət bildirib. Ekspert hadisə fonunda tələbələrin problemlərini gündəmə gətirib:

“Əlbəttə ki, bədbəxt hadisələri tamamilə aradan qaldırmaq mümkün deyil. Amma sayını ciddi şəkildə azaltmaq mümkündür.

Bunun üçün:

1. Ali təhsil müəssisələrinin tələbə şəhərciyi olmalıdır ki, tələblər uzaq yol qət edərək gəlməsin.

2. Bütün universitetlərin tələbələrin rahat istifadə edə biləcəyi nəqliyyat xidməti - servis avtobusları olmalıdır.

3. 2020-ci ilə qədər bütün ali təhsil müəssisələrinin yaxınlığında metro stansiyası və ya tranvay xətti çəkilməlidir.

4. Universitetlər onların tələbələrinin hardan və necə gəlməsini ciddi şəkildə nəzarət etməli, yarana biləcək təhlükəni minimuma endirməlidir”.

(modern.az)

Xəbər 2949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +