Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


04.04.2019  15:36 

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı





A+  A-

Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi məktəbdə intihara cəhd edib.
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Hadisə şahidlərinin sözlərinə görə, bu qız əvvəllər də bir neçə dəfə intihara cəhd edib: “Qızı təcili yardımla xəstəxanaya apardılar. Bir də gördük ki, valideynləri qaça-qaça gəldi. Qızın xəstəxanada olduğunu eşidən kimi çıxıb getdilər. Bəlkə də, çox şagirdin onunla danışmaması qıza pis təsir edib”.

Daha sonra məktəbin mühafizə xidməti küçədəki bütün uşaqlara hadisəylə bağlı tanımadığı adamlarla danışmamağı tapşırıb. Uşaqlar deyirlər ki, onlara qızın başının gicəlləndiyini və pəncərədən yıxıldığını söyləməyi tapşırıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məktəbli hazırda reanimasiyadadır. Ona çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, yumşaq toxumaların və ağciyərin əzilməsi diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

***

162 nömrəli tam orta məktəbdən "Qafqazinfo"ya verilən məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.

Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qızın atası ilə anası ayrılıb. Anası daha sonra ailə həyatı qurub. Şagird də anası və atalığı ilə birgə Yasamal rayonunda kirayədə yaşayır. 8-ci sinif şagirdi daha əvvəl 49 saylı məktəbdə təhsil alıb, oradan 203 saylı məktəbə keçib. Ötən ilin noyabr ayında isə 162 saylı məktəbdə təhsilini davam etdirib.Onların ailəsi polis idarəsində problemli ailə kimi qeydiyyatda olub. Bir müddət öncə 14 yaşlı qızın müəyyən hərəkətlərinə görə direktor tərəfindən icra hakimiyyətinə müraciət olunub və ailə qeydiyyata alınıb. Məlumata görə, qız özünü atmadan öncə özündə olmayıb. Onun psixotrop maddənin təsiri altında olduğu ehtimal olunur.

Qızın intihar anı məktəbin təhlükəsizlik kameralarında qeyd olunub. Bu görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Xəbər 1297 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +