Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


10.10.2023  15:01 

Ölüm haqqında tibbi şəhadətnamə necə verilir?





A+  A-

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Hüquq departamentinin Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi Gülnar Hacıyeva ölüm haqqında tibbi şəhadətnamənin verilmə qaydası ilə bağlı sualları cavablandırıb.

Xəzərnews.az müsahibəni təqdim edir:

Gülnar xanım, ölüm haqqında tibbi şəhadətnamə hansı qərar əsasında verilir?

- Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” (Qayda) ilə tənzimlənir.

Ölüm haqqında tibbi şəhadətnaməni TƏBİB-in tabeliyindəki hansı müəssisələr təqdim edir?

- “Ölüm haqqında tibbi şəhadətnamə’` mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Vətəndaşlar şəhadətnaməni almaq üçün hara müraciət etməlidirlər?

- Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Aşağıdakı hallarda isə tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:

- hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;

- infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;

- tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;

- zorakı ölümə şübhə olduğu hallarda;

- ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;

- ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda.

Qeyd olunan hallarda şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir. Lakin vəfat edən şəxsin ailə üzvlərinin və ya yaxınlarının patoloji-anatomik yarmanın aparılmasına etiraz etmələri, habelə patoloji-anatomik yarma aparılmadan vəfat edən şəxsin dəfn edilməsi ölümün baş vermə səbəblərinin müəyyən edilməsini çətinləşdirir və əksər hallarda şəhadətnamənin verilməsini qeyri-mümkün edir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini, qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər.

Ölüm hadisəsi yaşayış yerində (təcili tibbi yardım gəldikdən sonra və təcili tibbi yardım gələnə qədər) baş verdikdə tibbi şəhadətnamə necə verilir?

- Yaşayış yerində baş vermiş ölüm hadisələri üzrə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı görüləcək tədbirlər yaşayış yerinin kənd, qəsəbə və şəhər olmasından asılı olaraq dəyişir.

Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni ölüm haqqında şəhadətnaməni vermək hüququ olan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (hüquq-mühafizə orqanı) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.

Ölüm haqqında şəhadətnamələrin verilməsində tez-tez problemlərin baş verməsi və mediada işıqlandırılması hallarına rast gəlirik. Hansı hallarda problemlər yarana bilir?

- Zorakı ölümə şübhə olduğu hallar, ölüm hadisəsinin qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş verməsi, vəfat edən şəxsin yaşadığı ərazi üzrə ilkin tibbi-sanitariya yardımı ilə bağlı tibb müəssisəsinə təhkim olunması üçün müraciət etməməsi, habelə qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisələrində uzun müddət ərzində dövri müayinələrdən keçməməsi, ölümün naməlum səbəblərdən baş verməsi və sair hallar vəfat edən şəxsin ailə üzvləri və ya yaxınları tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsinə çətinliklər yarada bilər.

Xəbər 7096 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +