İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


07.09.2019  11:54 

“Ramada” otelin direktoru cərimələndi





A+  A-

“Aristokrat Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 Saylı Baki İnzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək “Ramada Hotel and Suites Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yeganə Kərimovaya qarşı iddia qaldırıb.
XəzərNews.az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iddia belə əsaslandırılıb ki, “Aristokrat Travel” MMC 15 may 2018-ci il tarixdə otel fəaliyyəti ilə məşğul olan “Ramada Hotel and Suites Baku” MMC ilə müqavilə imzalayıb. Müqavilə şərtlərinə uyğun olaraq şirkət otelə 24 avqusta qədər 10 turist qrupu göndərilməli idi. Buna görə həmin gün 2000 ABŞ dolları, mayın 18-də isə 3000 ABŞ dolları məbləğində pul vəsaiti nağd qaydada otelə ödənib.

Razılaşmaya uyğun olaraq göstərilən ödəmələr otelin satış direktoru Emil Həsənov tərəfindən qəbul edilib. Ödənilmiş 5000 ABŞ dolları məbləğində vəsait sonuncu turist qruplarının ödənişi üçün istifadə olunmalı idi.

İyunun 15-də oteldə yerləşdirilmiş elə ilk turist qruplarından oteldəki komfortsuzluq barədə çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Şikayətlərin əksəriyyəti havalandırma sisteminin işlək vəziyyətdə olmaması ilə bağlı olub. Şikayətlərin artması səbəbindən Emil Həsənova şifahi və yazılı məlumatlar göndərilib, lakin problemlər həllini tapmayıb. Bu səbəbdən iyulun 3-də 3-cü qrupun oteldən çıxması ilə bağlı Emil Həsənovla şifahi razılığa gəlinib.

Bununla da əməkdaşlığa son qoyulub, turist qruplarının otelə göndərilməsi dayandırılıb. Emil Həsənovla olan razılaşmaya uyğun olaraq verilən depozit məbləğindən 3000 ABŞ dolları otelə qəbul olunmuş 3 turist qrupunun ödənişi ilə əvəzlənib. Həmin razılaşmaya əsasən digər 2000 ABŞ dolları məbləğində vəsait dərhal qaytarılmalı idi. Lakin, edilmiş şifahi və yazılı müraciətlərə baxmayaraq 2000 ABŞ dolları məbləğində vəsait bu günə qədər qaytarılmayıb.

Cavabdeh yeganə Kərimovaya məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyib və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməyib.

Hakim Əfqan Ələkbərov sənədlərə nəzər yetirərək iddianı təmin edib. Yeganə Kərimovadan 2000 ABŞ dolları, 400 manat əldən çıxmış fayda və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Arıstokrat Travel” MMC-yə ödənilməsinə qərar verilib.

"Ramada" otel qalmaqallı iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun olub. Onun banklara yaranan milyonluq kredit borclarına görə Mərkəzi Bankın iddiası əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə müsadirə olunaraq biznesmendən alınıb.

Xəbər 1536 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +