İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


07.04.2020  10:56 

“Yeni peyvənd və müalicə haqda yaxşı xəbərlər var” - ÜST rəsmisi





A+  A-

“Yeni peyvənd və müalicə üsulları ilə bağlı yaxşı xəbərlər eşidirik. Hazırda tədqiqatlar davam edir. 50-yə yaxın peyvənd üzərində araşdırmalar aparılır”.
XəzərNews.az xəbər verir ki, bunu ÜST-nin Covid 19 üzrə sözçüsü Marqaret Harris REAL TV- yə müsahibəsində deyib. O qeyd edib ki, əvvəllər istifadə olunan bir peyvənd var: “Bu peyvənd lisenziyalıdır. Onun müəyyən insanları qoruduğu ehtimal olunur. Söhbət BSJ kimi tanıdığımız vaksindən gedir. Lakin bu peyvəndin üzərində araşdırma hələ başa çatmayıb. Ona görə onun müsbət təsir edib-etməyəcəyindən hələlik əmin deyilik.

50 yeni peyvənd üzərində də iş gedir. Təəssüf ki, həmin peyvəndlər uzun müddət ərzində sınaqdan keçirilməlidir. İnsan üzərində tətbiq etməzdən əvvəl onların təhlükəsizliyindən əmin olmalıyıq. Bu testlər azı 12 ay çəkəcək. Müalicə üsulları üzərində də böyük araşdırmalar aparılır. Müsbət təsirləri olduğu ehtimal edilən 4-5 üsul sınaqdan keçirilib. 46-dan çox ölkə Ümumdünya Səhiyyə Təşkilatının koordinasıyası ilə tədqiqatlara qoşulub. Buna həmrəylik sınaqları deyirik. Müxtəlif ölkələrdə aparılan sınaqların hansının daha yaxşı olduğu tədqiq edilir. Bu barədə məlumat əldə etdikdə bütün dünyaya xəbər verəcəyik. Lakin indiki halda ən vacib məsələ xəstəliyə yoluxmamaqdır”.

M.Harris Avstraliyada heyvanlar üzərində aparılan tədqiqatdan da danışıb. O bildirib ki, heyvanlar üzərində tətbiq uğurla nəticələnib: “Növbəti mərhələ isə onun insan üzərində aparılmasıdır. İnsanlar üzərində aparıldıqdan sonra bu barədə danışmaq olar”.

Pandemiyanın qarşıdakı iki həftə ərzində pik həddə çatması məsələsinə gəlincə isə M.Harris bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu deməyib: “Məsələ burasındadır ki, müxtəlif ölkələr yoluxmanın sürətini azaltmağa nail olublar. Çin və Koreyadan yaxşı xəbərlər gəlir. Koreya da Çin kimi yoluxma hallarının qarşısını sürətlə aldı. Bütün bunları ehtimal edirik. Avropada isə bunun daha geniş əraziyə yayıldığını görürük. Lakin İtaliyadan və İspaniyadan yaxşı xəbərlər də gəlir. Buralarda yeni yoluxma hallarının sayı azalır. Amerikada isə epidemiya hələ ki, genişlənmə mərhələsindədir. Ona görə də biz epidemiya ilə bağlı vəziyyətin iki həftədən sonra başa çatacağını deyə bilmərik”.



Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +