Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


29.10.2023  17:28 

Deputat Kamaləddin Qafarov nazir olmaq istəyir - İDDİA





A+  A-

Son günlər ərzində deputatlardan biri - adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı ilginc informasiyalar yayılıb. Bəzi qaynaqlar Qafarovun nazir postuna tədarük gördüyünü iddia edirlər.

Məlumata görə, məhz bu səbəbdən Qafarov mediada özünütəbliğə ciddi vəsait xərcləməyə başlayıb. Hazır məqalələri öz adından yaydıran deputat eyni zamanda yerli KİV-də hərşeyşünas ekspert kimi də görünərək özünü açıq şəkildə yeni posta hazırlamaqdadır.

Qafarov nazir postuna gətirilə bilərmi?

Məlum olur ki, deputat Kəmaləddin Qafarovun müxtəlif sahələrdə biznesi var, lakin onun əsas gəlir mənbəyi məhz dərman satışındandır.

“AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir.

Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır.

“Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.

Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur.

Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.

Mediada yayılan məlumatlara görə, Kəmaləddin Qafarovun əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.

Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.

Kəmaləddin Qafarovun biznesi dərman sahəsi ilə də yekunlaşmır. Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace” Qafarovlar aləsinə məxsusdur. “Versal Palace” MMC tərəfindən idarə olunan şadlıq evinin qanuni təmsilçisi deputatın qardaşı Cəlaləddin Qafarovdur.

Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır.

Görünür, Milli Məclisdəki deputat mandatı Kəmaləddin Qafarova xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və yeri gələndə qanunsuz fəaliyyətlərini legitimləşdirmək üçün lazımdır.

Kamaləddin Qafarov “Naxçıvan klanı”nın nümayəndəsi kimi tanınır və onun biznesinin çiçəklənməsində Vasif Talıbov faktoru da rol oynayıb. Elə buna görə də Qafarovun nazirliklə bağlı xəyallarının arzu olaraq qalacağı daha çox inandırıcıdır./dia.az

Xəbər 4188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +