Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


16.10.2023  11:01 

Tarix bunları yazacaq! Biz isə yaşayırıq...





A+  A-

Ən sadə gördüyümzdən başlayaq. Qara bir "bayraq" vardı. Düz Bakının böyründə. Üstünə yazmışdılar ki, "Bu bayrağa kəm baxanın nəslini kəsərik..." . Ziyalılara barmaq silkələyir, dövlətə göstəriş verir, hətta xoşlarına gəlməyən adamlara "ölüm hökmü" çıxarırdılar...

Rəngbərəng bir "bayraq" düzəldib xeyli yerə asmışdılar, xeyli əcaib-qəraib strukturlar yaratmışdılar. Dövlətimizin düz içində!

Bakının böyründəkilər bir "qonşumuzun" liderlərinin əlini öpürdülər, onlara tabe idilər, dövlətimizin içində "dövlət" yaradanlar başqa bir "qonşu"nun əli də daxil, müxtəlif orqanlarını öpürdülər. Sözdə bir qonşuya, əməldə başqa qonşuya tabe idilər. Dövlətimiz görürdü, bilirdi, müşahidə edirdi...

Bu ölkədə kəm baxanlarının nəslinin kəsiləcəyi bircə bayraq var idi: üç rəngli, aylı-ulduzlu gözəl bayraq, dövlət bayrağımız! Biz yalnız o bayrağın kölgəsində rahat ola bilərdik! Nə qədər ki, yalançıq, oyuncaq bayraqlar ordan-burdan asılmaqdaydı, biz səksəkədəydik, narahat idik, əsəbi idik.

Dövlətimiz bilirmiş!

Əvvəlcə Bakının düz böyründəki qara bayraq göra, başqa ölkələrin liderlərinə biət edənlər "liderciklər" türməyə getdi. Daha sonra...

Daha sonra olanları hissə-hissə, mərhələ- mərhələ xatırladıqca, adam ən incə nüansına qədər düşünülümüş, böyük bir ideoloji savaş görür.

Hakimiyyətin içində təmizlənmə, orduda təmizlənmə, təhlükəsizlik orqanlarında təmizlənmə...

Beynəlxalq aləmdə ilmə- ilmə toxunan diplomatik, bizi qoruyacaq "köynək"lər. Bizə mənasız gələn toplantılar, təşkilatlar, adamlar. Hər bir şeyin mənası varmış. Daşlar yerinə otuzdurulur, tərpənən daşların altına "dəndənə" qoyulub, beton tökülür, böyük bir divar hörülürmüş!

Dövlət səviyyəli, hətta beynəlxalq səviyyəli bəzi məsələlərdə belə, şəxsi münasibətlər çox önəmlidir. Dostluqlar qurulur, yoldaşlıqlar möhkəmləndirilir, qardaşlıqlar qardaşdan daha ötəyə daşınılırdı. Cinayətkarlara açılan "cinayət işləri", Avropa məhkəməsinə göndərilən kütləvi şikayətlər, dünya qarşısında qaldırılan "Xocalıya ədalət"lər, imzalanan sənədlər, verilən bəyənatlar. Heç biri boşuna deyilmiş!

Qızıl orta, bizim üçün ən uyğun zaman gözlənilirmiş, seçilirmiş. 2016-dakı "aprel döyüşləri" də təsadüfi deyilmiş. Təsadüfən başlayıb, təsadüfən bitməyibmiş. Ümumiyyətlə təsadüfi heç nə yox imiş!

2020-dən başlayaraq "təlxək bayrağı" da endirilməyə başlandı. Torpaqlarımız tikə-tikə, kvadrat-kvadrat yad "bayraq"ların kölgəsindən azad olmağa başladı. Özünü "lider" elan edib, yan qonşuların əllərini öpən, onlardan təlimat alanlar qandallanıb layiq olduqları yerə getdilər. İndi orda "dövlət-dövlət" oynamağa xeyli vaxtları olacaq!

Vətənimiz Azərbaycanın hər bir qarışında dövlət bayrağının dalğalanma prosesi tam olaraq dünən yekunlaşdı. Dövlət başçısı öz əli ilə qaldırdı dövlət bayrağımızı.

Tariximizin qan yaddaşı Əsgəran qalasında, adı gələndə hələ də dodaqlarımız əsən Xocalıda, min illərdir yolumuzu gözlərcəsinə "yollarımıza boylanan" Xankəndində! Nə gözəl gün idi, nə böyük gün idi, nə uca gün idi!!!

Keşməkeşli ömrümüzə bu güzəl günləri yazan Tanrımıza şükür! Bizim bu günləri, bu hadisələr görməyimiz üçün canlarından keçənlərin ruhuna salam olsun! Qazilərimizə Uca Tanrı və Uca Dövlətimiz kömək olsun! Bu prosesdə bir hərf yazandan, bayraq yeri düzəldən fəhləyədək, bir patron atandan, min leşi leş üstə yığan generaladək, bir kəlmə danışandan, min sözlə döyüşən məmurlaradək... hamı sa ğolsun! Hamı var olsun!

BU GÜNLƏRİ BİZƏ YAŞADAN BÖYÜK XALQIMIZIN RƏHBƏRİ, DÖVLƏTİMİZN BAŞÇISI VƏ ALİ BAŞ KOMANDANIMIZ İLHAM ƏLİYEVƏ SONSUZ TƏŞƏKKÜRLƏR!
TƏBRİKLƏR, EY BÖYÜK XALQ!
TƏBRİKLƏR, EY BAYRAQ KÖLGƏSİNƏ SUSAMIŞ VƏTƏN TORPAĞI!
TƏBRİKLƏR, MÜZƏFFƏR ORDU!!!
TƏBRİKLƏR, CƏNAB ALİ BAŞ KOMANDAN!!!

Çingiz Özgür

Xəbər 4140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +