Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


06.03.2017  10:46 

Arif Əsgərov həbsin bir addımlığında - Qohumundan sonra növbə ona çatır





A+  A-

Uzun illər Azərbaycan Dəmir Yollarının rəisi işləmiş, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərov həbs edilə bilər.
XəzərNews.az bildirir ki, Gununsesi.info-nun hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, Arif Əsgərovun yaxın qohumu (həyat yoldaşının xalası oğlu) Emin Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib. Onun həbsinə səbəb isə ayrı-ayrı özəl şirkətlərin rəhbərlərindən külli miqdarda alınan vəsaitlər olub. Araşdırmalar zamanı bəlli olub ki, Emin Cəfərov iş adamlarından Dəmir Yolları üçün tenderlərin qalibi olmağın müqabilində üst-üstə 3 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Mənbəmizin sözlərinə görə, həmin pullar Arif Əsəgərovun adı ilə alındığından onun özünün də istintaqa cəlb olunacağı bildirilir. Xəbərdə qeyd olunur ki, 3 milyon vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsinə dair şikayət xeyli müddət edilsə də araşdırması nəqliyyat nazirliyinin ləğvindən və Arif Əsgərovun işsiz qalmasından sonra başlanıb. Araşdırmanın birinci mərhələsində Emin Cəfərov həbs edilib.

Xəbər 3346 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +