Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


26.02.2024  12:59 

Fazil Mustafa ona etiraz edənlərə cavab verdi: “Bu nə yanaşmadır?”





A+  A-

Ötən həftə deputat Fazil Mustafanın Ağdamda tikiləcək stadiona “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif etməsi birmənalı qarşılanmayıb.

Xəzərnews.az xəbər verir ki, başda Ağdam ziyalıları olmaqla, bir çox futbol azarkeşi bu təklifə etiraz edib. Belə ki, etiraz edənlərin əksəriyyəti yeni stadiona Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adının verilməsini istəyir.

Sözügedən təklifin müəllifi, millət vəkili Fazil Mustafa etirazlar və iradlarla bağlı Yenisabah.az-a danışıb. Deputat bildirib ki, hər kəsin fərqli mövqeyi var və hamı bu təklifə birmənalı yanaşmaya bilər:

“Açığı bu məsələ təbii ki, birmənalı qarşılanmaya bilər. Cəmiyyətdə hər kəsin fərqli mövqeyi var.

Amma burada anlaşılmayan bir məsələ mövcuddur. Milli Qəhrəman Allahverdi Bağırovun adı tutaq ki, Naxçıvanın stadionuna verilsin. Allahverdi Bağırovu bu adamlar niyə ancaq ağdamlı kimi görürlər? Bu nə yanaşmadır?

Allahverdi Bağırov bütövlükdə Azərbaycanın Milli Qəhrəmanı və fəxridir. Eləcə də “Fred” Asif və ya Şirin Mirzəyev təkcə Ağdamın qəhrəmanı deyil. Niyə məhz onların adına hansısa yer məhz Ağdamda verilməlidir?

Burada söhbət xidmətdən gedir. Mən hesab edirəm ki, Qurban Qurbanovun Azərbaycan futboluna xidməti Tofiq Bəhramovdan daha yüksəkdir. Qurban Qurbanov Azərbaycan futbolunun bu günkü vəziyyətində bir klubla maksimum nə etmək mümkündürsə, onu da edib. O, bu gün Avrokuboklarda Ağdam adını, “Qarabağ” adını gündəmdə saxlayıb. Bundan böyük qəhrəmanlıq, fədakarlıq varmı?

Təklif eləsinlər, Allahverdi Bağırovun da adını Naxçıvan stadionuna verək. Mən indi Qurban Qurbanovun adını Naxçıvan və ya Zaqatala stadionu üçün deyim? Qurban Qurbanov Ağdam adını xüsusilə işğal dövründə Avropa arenasında aktuallaşdırdığına görə, bundan böyük fədakarlıq eləmək necə mümkündür? Hər bir fikrin bir əsaslandırması olmalıdır. Təbii ki, bununla bağlı başqa adlar da çəkilə bilər. Ancaq məntiqi izahı olmalıdır ki, niyə Ağdamda tikilən stadion nəzərdə tutulur.

Digər tərəfdən şəhid adlarını, qəhrəmanları regionlaşdırmaq yanlış bir şeydir. Əksinə, elə Qurban Qurbanovun adının verilməsi yaxşıdır. Ağdam işğal altında olanda bu təkcə ağdamlının deyil, hamımızın dərdi idi. Ona görə də dar bölgəçilik anlayışı ilə məsələyə yanaşanları anlaya bilmirəm.

Əlbəttə, Allahverdi Bağırov bizim böyük qəhrəmanlarımızdan biridir və onun adını hansısa başqa bir rayonda olan stadiona və ya küçəyə vermək olar. Yəni biz Azərbaycanı bu bölgələşmədən, belə anlayışlardan çıxarmalıyıq. Bundan öncə təklif etmişdim ki, Ağdam Azərbaycanın paytaxtına çevrilsin. Mən Ağdamda doğulmamışam, amma Azərbaycana bütöv baxış bucağından yanaşıram. Bu baxımdan məsələyə dar çərçivədən baxılmasını doğru hesab etmirəm”.

Fazil Mustafa bildirib ki, “Qarabağ” klubunun uğurlarında Qurban Qurbanovun müstəsna rolu var:

“Mən etdiyim təkliflə sadəcə xatırladıram ki, Qurban Qurbanovun etdiyi Azərbaycan üçün böyük qəhrəmanlıq və fədakarlıqdır. Biz sadəcə təklifimizi edirik, istəyirsiniz ad verməyin, xatırlamayın. Amma bu formada biz bunu xatırladırıq ki, 10 il Avropanın futbol arenasında bu adı qoruyub saxlamaq, Qarabağ dəyərini hər dəfə xatırlatmaq bizim üçün qürur mənbəyidir.

Burada Qurban Qurbanovun böyük xidməti var. Ağdama ağdamlı olmalıdır deyə bir prinsiplə yanaşsaq, onda biz Azərbaycana bütöv baxa bilmərik. Bu təklif sadəcə xoşniyyətli bir təklifdir və burada hansısa regionun insanlarını incitmək məqsədi qətiyyən yoxdur. Sadəcə xidməti olan bir adamın haqqıdır.

Tutaq ki, Albert Aqarunov Şuşada heykəl qoyuldu, amma o şuşalı deyil. Amma Şuşa uğrunda döyüşlərdəki şücaətinə görə onun haqqının qaytarılması mütləqdir. Bu baxımdan məncə belə məsələlərdə daha geniş baxmağı öyrənməliyik”.

Xəbər 8369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +