Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


19.02.2024  11:48 

Yeni ədliyyə naziri hansı kriteriyalara cavab verməlidir?





A+  A-

Prezident seçkilərindən sonra Azərbaycanda formalaşdırılan yeni hökumətin tərkibində Fikrət Məmmədovun yer almayacağı gözlənilən idi. 2000-ci ildən, 24 il Ədliyyə naziri vəzifəsini daşıyan F.Məmmədov ölkənin əhəmiyyətli personaya sahib olan "A" kateqoriyalı məmurlarının sırasında ilk yerlərdən birində qərarlaşırdı. Bu müddət ərzində sabiq nazir ölkənin ədliyyə sisteminin formalaşdırılmasında mühüm tədbirlərə imza atıb. Eyni zamanda o, ədliyyə sistemində kök salmış ənənəvi və betonlaşmış problemlərdən də xəbərdar idi. İndiki məqamda isə onun fəaliyyətinin müsbət və yaxud mənfi konteksdə təhlili məqsədəyuyğun mövzu hesab oluna bilməz.

Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycan üçün yeni dövrün başlandığını bəyan etdi. Öldədaxili, regional və qlobal proseslərin təhlili göstərir ki, bundan sonra heç bir sahədə problemlərin dərinləşməsinə yol vermək olmaz. Əslində Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini zərgər dəqiqliyi ilə həyata keçirən nəhəng bir qurum kimi qanunlarının aliliyini təmin edən güclü, ədalətli və şəffaf bir qurum olmalıdır. Ədliyyə sistemində klassik problemlərin mövcud olması təkzibolunmaz faktdır və sağlamlaşdırma tədbirlərinin görülməsi üçün strateji yanaşmalar sərgilənməli, proqramlar işlənib həyata keçirilməlidir. Lakin bütün bunların da bu sahədəki neqativləri aradan qaldıracağına inanmaq çətindir.

Yeni dövrün tələbləri göstərir ki, yeni Ədliyyə naziri hər hansı klanı və yaxud iri ranqlı məmuru təmsil etməməli, hüquq sahəsində geniş vizyona sahib olmalı, prosesləri müqayisəli şəkildə təhlil etmək qabiliyyətinə sahib olmalı, ədliyyə sisteminin problemlərini dərindən bilməli, hüquq cameəsindən çıxmalı, müstəqil arbitr kimi xalqına, dövlətinə və prezidentinə xidmət etməlidir.

Sırf hüquq təhsilli olduğuna görə bu posta kimsə təyin ediləcəksə, deməli, heç bir nəticə gözləməyə dəyməz, o da digərləri kimi dəbə minmiş “yeni texnologiyaların tətbiqi” ilə məşğul olacaq və binalar tikəcək.

Ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının rəhbərliyindən uzaqlaşdırılsa da, amma hələ də bu istiqamətdə ciddi təsir mexanizmlərinə malikdir.

Məhkəmə qərarlarının icrası həlli mümkünsüz ən ağır problemlərdən biri kimi qalmaqdadır.

Penitensiar Xidmət “xüsusi ada” kimi fərdi maraqlarla idarə olunur, vaxtilə Xidmətin əməliyyat-rejim sahəsinə rəhbərlik etmiş yeni rəisin həyata keçirdiyi “islahat”lar da daha çox kosmetik xarakter daşıyır. Deyə bilərik ki, yeni rəisin Xidməti müstəqil quruma çevirmək cəhdləri müşahidə olunur. Bu barədə təhlillərə və dəqiq infosmasiyalara əsaslanan məqalələrimiz olacaq.

Notariat və qeydiyyat sistemində nəzərəçarpacaq işlər görülsə də, uzun illərdir bu sahə bir sıra məmurların şəxsi obyekti kimi onlara və ailə üzvlərinə xidmət etməkdədir.

Samir Feyruzov

Xəbər 8302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +