Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


11.04.2017  12:38 

“Putin Azərbaycanı heç vaxt satmaz” - İlham Əliyev





A+  A-

Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyevlə iki saatlıq görüşündən danışıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparıcı bildirib ki, Bakıya səfərinin məqsədi məhz prezident Əliyevlə görüş olub:

“Mənə çox maraqlı idi. Dövlət liderləri ilə söhbət hər zaman maraqlıdır.

Xatırladaq ki, Solovyev aprelin 7-də Bakıda səfərdə olub. Səfərin qısamüddətli olması və ABŞ-ın Suriyanın aviabazalarını bombalaması ilə əlaqədar proqramı yarımçıq qalsa da, aparıcı şəhəri gəzə bildiyini deyib: “Bakının yolları qüsursuzdur. Görünür, çoxlu pullar qoyulub, çox baxımlıdır”.

Solovyevin sözlərinə görə, onun Bakı səfərinə çoxdan hazırlıqlar görülürdü: “Azərbaycan prezidentindən soruşmalı olduğum şeylər vardı. Mənə qarşı hər kəs son dərəcə nəzakətli və xeyirxah idi. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. Hündürboy, xeyirxah idi. Açıq söhbətimiz oldu və bu söhbətə görə ona təşəkkür etmək istəyirəm.

Mən gördüm ki, İlham Əliyev çox savadlı, ağıllı, şübhəsiz siyasətçi, həm də başqa tip siyasətçi - əsl dövlət xadimidir”.

Solovyev onu da qeyd edib ki, İlham Əliyevlə söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir təhqiredici söz eşitməyib:

“İlham Əliyev Amerikaya münasibəti barədə maraqlı danışdı. Prezident bildirdi ki, biz ABŞ-a kasıb və zəif lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır, biz o dəqiqə pis oluruq".

O, müxalifətlə necə bacardığı haqda danışıb: “Mən sadəcə olaraq xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladım və müxalifət özü zəiflədi".

Biz Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz.

Xəbər 1250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.08.2024  19:36 

Ucarda yanğın baş verib

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +