Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


24.06.2022  15:40 

Selin vurduğu ziyana görə işçi qrupu yaradıldı





A+  A-

Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Ballıqaya su mənbəyinə ciddi ziyan vurub.

XəzərNews.az xəbər verir ki, sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil sutəmizləyici qurğunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb.

Nəticədə Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb. Eyni zamanda sel suları Ağcakənd qəsəbəsini içməli su ilə təmin edən magistral su kəmərinin bir hissəsini yararsız vəziyyətə salıb.

“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, 7 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri su mənbəyinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb.

Artıq əraziyə xüsusi texnika və maşınlar (3 ədəd ekskavator, 3 ədəd özüboşaldan yük maşını) cəlb olunub, təmizləyici qurğuda təmir-bərpa işlərinə başlanılıb.

Ballıqaya su mənbəyindən qidalanan yaşayış məntəqlərinin içməli suya olan tələbatını ödəmək üçün anbar ehtiyatlatından istifadə edilir, eyni zamanda 5 ədəd sudaşıyan nəqliyyat vasitəsi səfərbər olunub. Mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar.

Xəbər 1293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +