Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


21.02.2019  18:48 

Ələkrəm Hümbətov və o zehniyyətdə olanlar





A+  A-

Yaxın keçmişdə Azərbaycan tarixində yaşanan bəzi separatizm hərəkətləri ilə bağlı ara-sıra açıqlamalara, məqalələrə rast gəlirik. Təəssüf ki, həmin məqalələrdə separatizm hərəkətləri bir çox hallarda etnik münaqişə kimi təqdim olunur. Əslində 90-cı illərdə istər Azərbaycanın Cənubunda, istərsə də Şimalında baş verənlər etnik münaqişə deyildi, bu, bir qrup şəxsin separatizmə cəhdi idi. "Separatizm" də hamının bildiyi kimi latın sözüdür, ayrı-ayrılıqda, xüsusiləşmiş mənasını verib, dövlətdən ayrılma, başqa bir dövlət qurma və ya dövlətin tərkibində muxtariyyət əldə etmə fəaliyyəti kimi dərk olunur.
İsveçdə yaşayan azərbaycanlı jurnalist Elibəy Həsənlinin “musavat.com” saytında getmiş “Ələkrəm Hümbətovdan erməni və farssayağı ittihamlar” adlı məqaləsi belə bir xatırlamanı yazmağımı zəruri etdi. Əslində müəllif həmin yazıda separatçıbaşı Ələkrəm Hümbətovun xisləti barədə kifayət qədər informasiya verməyə çalışır. Lakin bəzi məqamlar da var ki, həmin dövürdə baş verən hadisələri qısa xronologiya ilə müasir oxucuya çatdırmaqla yaddaşları yeniləyəcəyik. Ən azı ona görə ki, Ə.Hümbətov və o zehniyyətdə olanların atmacaları cavabsız qalmasın, Azərbaycanda mövcud olan sabit etnomühitə təsir göstərməsin.

Bildiyiniz kimi, sovetlər birliyi dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş bəzi respublikalar bir sıra çətinliklərlə üz-üzə idi. Azərbaycanda da müstəqilliyin ilk illərində milli məsələlərlə bağlı durum narahatçılıq doğururdu. Respublikada yaşayan xalqlarla bağlı yeni uydurulan bəzi neqativ məsələlərə milli don geyindirmək cəhdləri ağır və sarsıntılı nəticələr verməkdə idi. Bəziləri milli əlamətlərə görə siyasi partiya yaradaraq xam xəyallar aləminə qapıldılar, amma bununla da kifayətlənməyənlər ictimai-siyasi tarazlığı pozmağa, eyni zamanda, doğma torpaqlarımıza göz dikən, onu işğal edən erməni təcavüzkarlarına qarşı mübarizəyə qalxmaq üçün yumruqlanmış gücümüzü parçaladaraq xeyli zəiflətdilər. Təbii ki, onlardan da biri separatizm meylləri idi.



Müstəqilliyin ilk illərində bəzi separatçı ünsürlərin ölkəni parçalamağa yönəlmiş çirkin həmlələrinə məruz qaldıq. Belə həmlələrdən biri də Cənubdan gəldi. Bölgə əhalisinin heç zaman müşahidə etmədiyi və arzulamadığı, hətta, təsəvvür belə etmədiyi bu qəfil "isti külək" getdikcə daha da şiddətli xarakter almağa başladı.

Məlum olduğu kimi, tarixən heç bir zaman azərbaycanlılarla talışlar arasında etnik zəmində toqquşmalar müşahidə olunmayıb. Fəqət, ölkənin müstəqilliyi uğrunda gedən mübarizə dövründə "talış" adının bərpası ölkənin bu bölgəsindəki gərginlik üçün müəyyən zəmin yaratdı və Talış Xalq Partiyasının yaradılması bəyan edildi. Daha sonra isə onun liderləri etnik amilin qabarıq formada nəzərə çarpmaması və azərbaycanlı-talış qarşıdurmasının qızışdırılmasında ittiham olunmamaları üçün bu partiyanın adını Bərabərhüquqlu Xalqlar Partiyasına dəyişdirdilər. Əlbəttə, adın dəyişdirilməsi mahiyyətə və fəaliyyətdə təsir etmədi, seperatizm meylləri gizli formada davam etdirilirdi. Təbii ki, bu işi həyata keçirən şəxslər Cənub bölgəsinin mərkəzdən ayrılma və onunla qarşıdurma prosesini 1993-cü ildə öz kulminasiya nöqtəsinə çatdırdılar.

Ələkrəm Hümmətov adlı separatist 1993-cü ilin avqustunda ölkədə mövcud olan gərginlikdən sui-istifadə edərək Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarına tabeçiliyi ələ keçirdi. Daha sonra bir azda irəli gedərək Azərbaycanın tərkibində "Talış-Muğan Respublikası"nın yaradıldığını elan etdi və mərkəzi hakimiyyətlə güc mövqeyindən dialoq aparmağa cəhd göstərdi.

Çox da uzaq keçmiş olmayan bu hadisələri təəssüf ki, Ələkrəm Hümbətov indi Avropadan cəmiyyətə başqa cür təqdim edir. Guya bölgədə olan 7 rayon Hümbətovu gül-çiçəklə qondarma TMR-in prezidenti elan edib. Əslində o dövürdə, xüsusən də o bölgədə yaşayan yüz minlərlə insan hadisələrin necə baş verdiyini gözəl bilirlər. Ə.Hümbətovun indi danışdığı nağıllara da heç kim inanmaz.

1993-cü il 17 avqust tarixində Azərbaycan Respublikası Milli Məclisinin (sədr Heydər Əliyev) qəbul etdiyi Qərarda da qeyd olunduğu kimi Ə.Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayıb, onlara qarşı qanunsuz hərəkətlərə yol verib. Bununla kifayətlənməyərək dövlət orqanlarına hədə-qorxu gəlib, onları özünə tabe olmağa məcbur edib.

Əlbəttə, separatçılarla danışıqların lazımi nəticə vermədiyini görən Milli Məclis respublikanın cənubunda hakimiyyəti qeyri-qanuni ələ keçirən şəxslərə qarşı qalxmaq çağırışı ilə əhaliyə müraciət etdi və bir sıra zəruri əməli tədbirləri həyata keçirdilər. Əhali və yerli elitanın əsas kütləsi mərkəzi hakimiyyəti dəstəklədilər. Xalq arasında özünə arxa tapmayan Ə.Hümmətovun dəstəsi hökumət qüvvələri ilə elə ilk toqquşmadan sonra dağıldı. Tez bir zamanda ölkənin cənubunda ictimai-siyasi durum sabitləşdi və hökumətin tam nəzarətinə keçdi.

Beləliklə də bölgədə baş verən separatizm meyllərinin qarşısı alındı, günahkarlar cəzalandırıldı. Onların bəzilər cəzalarını çəkdikdən sonra Avropaya, bəziləri də Rusiyaya sığınıb. Əlbəttə, sığıntının işi-gücü olmur, onlar yalnız keçmişi öz istəklərinə uyğun təqdim etməklə ayaqda qalmağa çalışırlar.



Niyaz Niftiyev

Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +