25.11.2017 09:23
Azərbaycanda məmurların sosial müdafiəsi gücləndirilir
Baş nazir Artur Rasizadə “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi qaydalarında dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, dəyişikliklər “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 519-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001- ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 9 mart tarixli 1292 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 642-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli 1353 nömrəli fərmanlarının 1.2-ci bəndlərinin və “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə edilib.
Həmin dəyişikliklər aşağıdakılardır:
1. 1.1-ci bəndə “rüsumunun” sözündən sonra “20 faizinin (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
2. 2.1.2-ci yarımbənddə “25 faizi” sözləri “bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan hissəsi” sözləri ilə əvəz edilsin.
3. 3.5-ci bənd üzrə: 3.1. birinci cümlədə “75 faizi dövlət büdcəsinin gəlirlərinə, 25 faizi” sözləri “20 faizi (Qanunun 4.1-ci maddəsi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
3.2. ikinci cümlədə “Dövlət büdcəsinə daxil olmuş vəsaitlərin 25 faizinin” sözləri “Həmin vəsaitin” sözləri ilə əvəz edilsin.
4. 3.6.3-3.6.5-ci yarımbəndlərdən “dövlət rüsumunun 25 faizi üzrə” sözləri çıxarılsın.
5. 3.6.6-cı yarımbənddən “dövlət rüsumunun 25 faizi hesabına” sözləri çıxarılsın.
6. Bu Qaydalara əlavə - “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi hesabına formalaşan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının icrası barədə rüblük hesabat”ın adında “dövlət rüsumunun 25 faizi” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.
Xəbər 1461 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|