Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


23.11.2017  13:11 

Milli Məclisin saxlanılmasına 24 milyon ayrılıb





A+  A-

Milli Məclisə 2018- ci ilin dövlət büdcəsindən 24 milyon 232 min 55 manat vəsait ayrılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin işlər müdiri Firudun Hacıyev məlumat verib. O qeyd edib ki, bu vəsaitin 68 faizini əməkhaqqı təşkil edir: “Deputatların xarici səfərləri, gələn qonaqlar və ezamiyyətlərin sayı artıb. Ona görə də büdcədən əlavə 1 milyon 200 min manat vəsait ayrılmasını xahiş edirəm”.

Deputat Qüdrət Həsənquliyev deyib ki, Prezident Administrasiyasının saxlanılması üçün ayrılan vəsait Mili Məclisə ayrılan vəsaitdən 4 dəfə yüksəkdir. Bu niyə belədir? Orada ştatda olan işçilərin sayı çoxdurmu? Bunu araşdırmaq lazımdır”.

Deputat Z. Oruc qeyd edib ki, Prezident Aparatı, Nazirlər Kabinetinin sürücülərinin aldığı maaşla Milli Məclis sürücülərinin maaşlarına diqqət etsək görərik ki, bizdə onlardan aşağıdır: “Xahiş edirik ki, fərq aradan qaldırılsın. Çünki sürücülər bizə ümumi işimizdə çox köməklik edir”.

Deputat Siyavuş Novruzov deyib ki, Milli Məclisin deputatlarının ezamiyyə ilə bağlı çox xərcləri olur: “Tez-tez beynəlxalq səfərlər olur. Çünki baş verən hadisələr bizdən asılı deyil. Ona görə də əlavə xərclər olsun ki, biz proseslərdən kənarda qalmayaq. Əgər istifadə olunmazsa, vəsait geri qaytarılacaq.
Mən parlamentdə çalışan əməkdaşların əməkhaqqı məsələsini qaldırmışdım. Keçən dəfə də dedim. Bunu yanlış anladılar. Əgər imkan olsa, əməkdaşların əməkhaqqlarının artırılmasına dəstək verilsə yaxşı olar”.

Deputat Musa Quliyev də ezamiyyə xərclərinin artırılmasına köməklik edilməsini xahiş edib: “ Ümumiyyətlə ezamiyyə xərcləri ayrıca paraqraf şəklində olmalıdır”.

Xəbər 1493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +