İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video


12.01.2018  09:37 

Nazirlik “Binə” və “Sədərək”ə nəzarəti GÜCLƏNDİRDİ





A+  A-

Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.
Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

XəzərNews.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlərdə illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılması ilə əlaqədar sahibkarların etirazlarına da nöqtə qoyulacağı söylənilir.

Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlarla Vergilər Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi. Sahibkarların əsas narazılığı icarə haqqı ilə bərabər kassa aparatlarının quraşdırılması və vergi ödənilməsi idi. Sahibkarların əksəriyyəti kommersiya obyektlərində icarə əsasında fəaliyyət göstərir. Onlar isə obyekti icarəyə götürməklə vergi ödənişindən azad edildiklərini düşünürlər.

Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergi ödəməlidir.

Son rəqəmlərə görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərində 8000 ədəd kassa aparatı quraşdırılıb. Amma onlardan istifadə edilmir.
2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər shaibkarları çıxılmaz vəziyyətdə qoydu.
İndi isə bütün ümidlər yeni vergilər naziri Mikayıl Cabbarova dikilib...

Xəbər 2456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +