Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


22.06.2017  14:36 

15 yaşlı “Miss Baku“ - FOTOLAR+VİDEO





A+  A-

“Miss & Mister Azerbaijan 2017” Milli gözəllik müsabiqəsinin qalibləri bəlli olub.
“Miss Baku 2017” adına layiq görülən Arzu Hüseynzadə bildirib ki, o müsabiqəyə 15 yaşında “Top model” kimi qatılıb: “Mən 2001-ci il təvəllüdlüyəm və 175 boy, 47 çəkili “Top model” kimi fəaliyyət göstərirəm. Bundan əlavə, Bülbül adına orta ixtisas məktəbinin pianino şöbəsində təhsil alıram. Bu il isə artıq 9-cu sinfi bitirdim. Yarışmanın birinci mərhələsində kastinqdən keçdim. Kastinqdə 45 kişi və qadın iştirak edirdi. Münsif kürsüsündə təşkilati komitənin nümayəndələri, layihənin rəsmi partnyorları, keçmiş müsabiqələrin qalibləri yer almışdılar. Daha sonra 3 ay yarımfinalın məşqləri başladı”.

A. Hüseynzadə qeyd edib ki, o, III “Vice Mister Azerbaijan 2016”, “Miss & Mister Azerbaijan 2017” Milli gözəllik müsabiqəsinin koordinatoru, “Mister Azerbaijan 2017”nin xoreoqrafı Elxan Paşayevin və müsabiqəsinin Baş koordinatoru, “Miss Azerbaijan 2017”nin xoreoqrafı Ayla Maisin rəhbərliyi altında seçim mərhələlərindən yarımfinala vəsiqə qazanmış iştirakçılar arasında yer alıb: “Yarımfinal mərhələsində 29 xanım və 29 bəy finala yüksəlmək uğrunda mübarizə aparırdı. Finala isə 17 xanım və 17 bəy keçdi. Mən isə 17 nəfərin içərisindən ilk beşliyə seçildim”.

Binə Atçılıq Mərkəzi ərazisində yerləşən “Elite Events Hall”da baş tutan final mərhələsində qalib olduğunu deyən model xanım qeyd edir ki, müsabiqənin qalibləri “Miss Azerbaijan” (I, II, III Vice) və “Miss Baku” adlanır: “Mən “Miss Baku 2017” nominasiyasında qalib oldum və “Miss Baku” tacına layiq görüldüm. Müsabiqənin 15 yaşlı “Miss Baku” qalibi ilk dəfədir mən oluram”.
Xatırladaq ki, Azərbaycanda 20 ildir keçirilən müsabiqənin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.







(azadinform.az)

Xəbər 4271 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +