QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


04.12.2019  11:43 

“Su resurslarımız 15% azalıb” - Ekologiya naziri





A+  A-

“Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsinda su çatışmazlığı müşahidə olunur”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzr ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib. Nazir bildirib ki, iqlim dəyişikliyi kontekstində dayanıqlı antropogen risklər var:

“Əminəm ki, bu tərəfdaşlıq ətraf-mühitin qorunmasına da təsirsiz ötüşməyəcək. Biz anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Artıq bu səpkidə ölkəmizdə bir sıra çətinliklər müşahidə olunur. Kənd Təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. Ölkəmizdə olan 70% çayların əksəriyyəti su mənbəyi hesab olunur. İqlim dəyişikliyinə əsasən su resurslarımız 15% azalıb və 2050-ci ilə kimi hələ 15% də azalması proqnozlaşdırılır. Hazırda Xəzərdə və çaylarda su səviyyəsinin azalması müşahidə olunur. Bir sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Kənd təsərrüfatı nazirliyi ilə birgə fermerlərə dəstək üçün kənddən şəhərə layihəsi başlanılıb, arıçılığın inkişafı üçün nektar ağacları əkilib, bundan başqa, mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilir. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik”.

Xəbər 1323 dəfə oxunub.




17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +