Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


24.09.2020  12:23 

Müğənnilərə qarşı 200 min dollardan çox dələduzluq





A+  A-

Azərbaycanda bir müddətdir fəaliyyət göstərən Türkiyənin “WediaCorp” şirkəti ilə məşhur müğənnilər arasında qalmaqal yaşanıb. Belə ki, agentliyin Azərbaycan üzrə menecerləri sənətçilərin “YouTube” gəlirlərini mənimsəməkdə ittiham edilib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən xəbər tutan şirkətin rəhbəri Funda Şən İstanbuldan Bakıya gələrək zərərçəkən sənətçilərlə görüşüb. Məlum olub ki, müğənnilər - Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, bəstəkar Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulu mənimsənilib.

Ən çox zərərçəkən isə Şəbnəm Tovuzlu olub. Dörd ildir çalışdığı şirkətin azərbaycanlı menecerləri tərəfindən müğənninin 100 min dollara yaxın pulu “yeyilib”.

“WediaCorp” direktoru Funda Şən məlumatı “Qafqazinfo”ya təsdiqləyib. O, azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu qeyd edib:

“Məlumat doğrudur. Azərbaycanda heç bir menecerlə işləməyəcəyəm. Hamısının mərkəzi ofislə əlaqəsini kəsdim. Ortada gəzib pul qazanan insanlardır. Rəqəmlər də doğrudur. 140-200 min dollara yaxın pul mənimsənilib. Çox olub ki, az olmayıb”.



Xəbər 2405 dəfə oxunub.




21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +