Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


05.04.2017  19:12 

Komitədən Gəncədəki biabırçı evliliyə - Reaksiya





A+  A-

“Azərbaycanda daha yaxın qohumlu, nikaha daxil olması yol verilməyən şəxslərin evlənməsi ilə bağlı 1-2 hal ola bilər və bunlar da mentaliltetə, ailə əxlaqına xas deyil”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Onun sözlərinə görə, əgər belə evlilik hadisələri olarsa və ya kimlərsə belə bir fikrə düşərsə, həmin insanlarla iş aparılmalı və onlar bu qərardan çəkindirilməlidir.

A.Veysəlova qeyd edib ki, bu məsələdə psixoloqların, sosial işçilərin də çox böyük rolu var. Onlar tərəfindən xüsusilə orta məktəblərdə keçid yaşında olan uşaqlar arasında maarifləndirmə işləri aparılmalı, müəyyən izahlar verilməlidir:

“Azərbaycanın çox gözəl ailə dəyərləri, hamıya nümunə olan ailələr var. Amma bu da bir faktdır ki, daha yaxın qohumlu, nikaha daxil olması yol verilməyən ailələrə də rast gəlinir. Bunlar təqdir olunan ailələr deyil. Həm vətəndaş cəmiyyəti, həm dövlət qurumları birlikdə bu istiqamətdə daha çox maarifləndirmə işləri aparmalıdırlar. Elə işlər görülməlidir ki, bu cür evliliklər, ümumiyyətlə, belə düşüncədə olan insanlar olmasın”.

A.Veysəlova qeyd edib ki, ümumiyyətlə, qan qohumluğu evliliyi həm tibbi, həm də mənəvi-əxlaqi baxımından problemlər yaradır. Qan qohumluğu evliliyindən dünyaya gələn uşaqların bir çoxunda müxtəlif xəstəliklər, fiziki qüsurlar yaranır ki, bu da sonradan həm uşağın sağlam böyüməsinə, həm də ailədaxili münasibətlərə öz mənfi təsirini göstərir:

“Mənəvi-əxlaqi cəhətə gəldikdə, qohum qohumla evlənərkən mütləq qohumluğun necə, hansı xətt üzrə olması, tərəflərin ana, yaxud ata xətti ilə qohum olması, yaş fərqləri və s. nəzərə alınmalıdır. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, qan qohumluğu evliliyi heç də təqdir edilən evlilik deyil. Çünki hemofiliyalı, talassemiyalı uşaqların əskəriyyəti qan qohumu olan şəxslərin nikahından dünyaya gəlir”.

Xatırladaq ki, bu gün yayılan məlumata görə, Gəncədə əmi - 3 uşaq atası 38 yaşlı Həsən Səfərov evlənmək üçün 2 uşaq anası olan qardaşı qızını qaçırıb. Bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova verib.

Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyeva bacısının həyat yoldaşı - 1990-cı il təvəllüdlü Məmmədov Ələmdər Əli oğlu ilə qaçmışdı.

Xəbər 1818 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +