Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


05.05.2021  15:23 

Sabaha 19 dərəcə isti və yağış gözlənilir





A+  A-

Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 16-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 1916 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +