“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


09.10.2024  14:43 

“Heydər Əliyev və Məhəmməd Füzuli“ adlı kitabın təqdimatı keçirilib -Fotolar





A+  A-

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan "Heydər Əliyev və Məhəmməd Füzuli" adlı kitabın təqdimatı keçirilib.

Xəzərnews.az xəbər verir ki, X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin bədii irsinin təbliği, adının əbədiləşdirilməsi ilə bağlı Fərman və Sərəncamlarını, o cümlədən Füzulinin yubileylərindəki çıxışlarını özündə ehtiva edən "Heydər Əliyev və Məhəmməd Füzuli" adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bu il 530 yaşı tamam olan Məhəmməd Füzulinin yubileyinin Azərbaycanda və bütün Türk dünyasında, o cümlədən müxtəlif ölkələrdə təntənəli şəkildə qeyd olunduğunu bildirib.
“Kitaba Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlər haqqında elm xadimlərinin məqalələri daxil edilib. Həmçinin kitabdakı məqalələri görkəmli rəssamların rəsm əsərləri müşayiət edir. Türk Mədəniyyəti və İrsi Fondu bu il Türk dünyasının ədəbi irsinin təbliği yönündəki missiyasını yerinə yetirərək “Türk dünyasının görkəmli şəxsiyyətləri”, "Türk ədəbiyyatının inciləri", "Türk dünyasının elmi inciləri" kimi müxtəlif kitab seriyaları tərtib edib". "Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı “Türk dünyasının görkəmli şəxsiyyətləri" seriyasında çap olunub, - deyə A.Raimkulova vurğulayıb.

Xalq yazıçısı Anar Heydər Əliyevin Füzuli irsinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin Ulu Öndərlə bağlı xatirələrini də bölüşüb. Xalq yazıçısı çıxışında Heydər Əliyevin ədəbiyyat və sənətə bağlı görkəmli dövlət xadimi olduğunu vurğulayıb.

Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Elnarə Akimova, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev və digər çıxış edənlər kitab barədə təəssüratlarını bölüşüblər. Onlar Məhəmməd Füzulinin yaratdığı ölməz irsin hər zaman öz aktuallığını qoruduğunu və insanlar tərəfindən sevilərək oxunduğunu vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzulinin irsinin təbliği yönündə misilsiz xidmətləri olub.

Tədbir bədii hissə ilə davam edib.















Xəbər 3196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib


BÜTÜN XƏBƏRLƏR +