Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


25.08.2020  19:37 

Baş Prokurorluq və DTX məlumat yaydı





A+  A-

Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində saxlanılan erməni hərbçisi ilə bağlı məlumat yayıb.
XəzərNews.az həmin məlumatı təqdim edir:

"Avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

Qurgen Alaverdyanın Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycan Respublikasının hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə 23 avqust 2020-ci il tarixdə ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistan Respublikasına ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 276 (casusluq), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmış və hazırda iş üzrə zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Xəbər 2290 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +