Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb


07.05.2018  13:11 

Oliqarxlar TƏLAŞDA - Zəbt etdikləri torpaqlar geri alınacaq





A+  A-

Deyəsən Heydər Əsədovun Kənd Təsərrüfatı Nazirliyindən çıxarılması ilə oliqarxların ələ keçirdiyi əkinə yararlı torpaqların geri alınması da gerçəkləşəcək.
XəzərNews.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, nazir postuna təyinat almış İnam Kərimov bu istiqamətdə araşdırmalara başlanması üçün göstəriş verib. Hətta İ.Kərimovun mayın 4-də bölgələrə səfəri zamanı qeyd olunan məsələləri diqqətdə saxladığı bildirilir. Nazirin bu göstərişlərindən qorxuya düşən bəzi oliqarxların canına vəlvələ düşdüyü gələn məlumatlar sırasındadır.

Qeyd edək ki, bir sıra rayonlarda 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri illərdir hasarlanıb və toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır. Kənd təsərrüfatı üçün yararlı sahələrin məmur-oliqarxlar tərəfindən zəbt edildiyi uzun illərdir heç kimə sirr deyil. Bu faktlar eks-nazir Heydər Əsədova da sirr deyildi, amma nədənsə problemin çözülməsi hansısa səbəblərdən uzadılırdı...

Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi:

“Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”.

Ölkə rəhbəri 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə də bu barədə daha sərt danışmışdı. Dövlət başçısı demişdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: “Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”.

Ölkə başçısının həmin tapşırıqlarından sonra Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi məsələnin həllinə dair birgə fəaliyyət göstərəcəklərini açıqlasalar da, indiyədək bir nəticə hasil olmayıb...
Xəzər dənizinin sahili və rayonlardakı əkinə yararlı torpaqlar “kiçik padşahlar”ın toxunulmaz mülkiyyəti olaraq qalmaqdadır. Amma nə vaxtadək?...

Xəbər 1458 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO


BÜTÜN XƏBƏRLƏR +