16.02.2017 16:37
Daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməsi qaçılmazdır.
XəzərNews.az bildirir ki, bunu BakiPost.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, uzağı 2 ilə bu proses baş verəcək: "Çünki daşınmaz əmlakın qiyməti bizdə çox şişirdilmişdi. Son 15 ildə qiymət azı 10 dəfə artıb. Səbəb də neft gəlirləri hesabına dollar kütləsinin ölkədə artmasıdır. Pul çox olanda qiymət də artır. Amma bu, süni qiymət artımıdır. İndi isə əks proses gedir. Dollar kütləsi azala-azala gedir, çünki valyuta gəlirlərimiz azalır və azalacaq da”.
Əkrəm Həsənov bildirib ki, əslində ölkəmizdə real bazar iqtisadiyyatı olsaydı, daşınmaz əmlak bazarı çökərdi: "Sadəcə bir tərəfdən, dövlətin müəyyən dəstəyi, digər tərəfdən isə insanlarımızın psixoloji baryerləri aşa bilməməsi prosesi ləngidir. Məsələn, yanıma adam gəlir və deyir ki, müəllim, 300 000 kreditim var, təminat kimi daşınmaz əmlakımı girov qoymuşam. Soruşuram ki, qiyməti nə qədərdir? Deyir 1 mln. Deyirəm, sat, borcunu qaytar, canın qurtarsın da. Deyir ki, axı indi camaatda pul yoxdur deyə 500 000 təklif edirlər 1 mln. əvəzinə. Soruşuram ki, 15 il əvvəl qiyməti nə qədər idi həmin obyektik. Deyir ki, heç 100 000 deyildi. Ona deyirəm ki, axı niyə 15 il əvvəlki 100 000 qiymətini ədalətsiz, 2-3 il əvvəlki 1 mln qiymətini ədalətli hesab edirsiz? İnsanlarımız bazar iqtisadiyyatını tam dərk etmir. Bu gün 500 000 qiymətlə alırlarsa, demək, qiyməti də elə budur. Sabah bəlkə 200 000 olacaq, onda nə edəcəksən? Amma insanlarımız psixoloji baryeri aşıb satmaq istəmir ki, borcundan çıxsın. Nəticədə həm borcların səviyyəsi artır, həm də əmlakın qiyməti hələlik düşmür. Amma əvvəl-axır onların hamısı satmalı olacaq, sadəcə onda qiymətlər tam çökəcək”.
|
07.09.2024 10:55
07.09.2024 10:45
07.09.2024 10:39
06.09.2024 19:16
06.09.2024 16:35
06.09.2024 14:15
06.09.2024 14:06
06.09.2024 13:58
Prezident “Ansaldo Energia” şirkətinin icraçı direktoru ilə görüşüb
06.09.2024 12:49
06.09.2024 11:52
06.09.2024 09:58
05.09.2024 16:27
05.09.2024 16:20
05.09.2024 15:38
05.09.2024 12:58
05.09.2024 12:51
05.09.2024 12:01
04.09.2024 14:59
7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib
04.09.2024 14:48
20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar
04.09.2024 13:02
“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”
04.09.2024 11:58
03.09.2024 18:46
03.09.2024 18:40
03.09.2024 18:30
Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?
03.09.2024 15:56
03.09.2024 15:16
03.09.2024 13:07
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
03.09.2024 13:03
03.09.2024 11:54
Erməni qızın Azərbaycan dilində danışması maraq doğurub -Video
03.09.2024 10:02
02.09.2024 18:10
02.09.2024 14:59