Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


11.04.2017  16:08 

Milli Məclisdə QALMAQAL: “Biz bura niyə yığışmışıq?“





A+  A-

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib.

Toplantıda komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.

F. İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.

F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: “Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”.

Onunla razılaşmayan A. Rəhimzadə deputata irad tutub. “Biz bura “ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.

Komitə sədrinin sözünü kəsən F. İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: “Onsuz da siz nə deyirsiniz, biz də “baş üstdə” deyirik”.

Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.

Xəbər 1342 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +