Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


30.03.2017  18:36 

“Soruşdum telefon kimindir?” - Eks-arvadının başını kəsən kişi





A+  A-

22 yaşlı keçmiş arvadını qəddarlıqla öldürən ər danışıb.
XəzərNews.az ARB TV-yə istinadən xəbər verir ki, qətlə yetirilən Aysel Cəlilova iki ay əvvəl həyat yoldaşı, Qobustan rayon sakini 23 yaşlı İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Biləcəri qəsəbəsində atasının evində yaşayıb. Son bir ayda Cəlilov ailəsini bərpa etmək niyyətinə düşüb.

Qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İsrail Cəlilovu evə buraxıblar.

Axşam saat 23 radələrində keçmiş ərinin yanında olarkən Ayselin mobil telefonuna zəng gəlib. İsrail zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə qadın ona dəqiq söz deməyib.

Bundan əsəbiləşən keçmiş ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb. Qapını arxadan bağlayıb və mətbəxdən götürdüyü bıçaqla qadının boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı mərhumun atası və qardaşı evdə olub.

Həyat yoldaşını qətlə yetirən İsrail Cəlilov hamamda yuyunaraq evdən çıxıb. Daha sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedərək təslim olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Xəbər 1032 dəfə oxunub.





07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +