Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq


26.08.2024  19:12 

UABD Ukraynanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib





A+  A-

Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) mərkəzi ofisində Ukraynanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbirdə genişmiqyaslı müharibə dövründə həlak olan soydaşlarımızın yaxınları, hərbçilər, krım-tatar icmasının üzvləri və diaspor fəalları iştirak ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə heyətinin üzvü, Ukrayna -Azərbaycan Müharibə Könüllüləri Qardaşlıq Cəmiyyətinin rəhbəri Vidadi İsrafilovun təşkilatçılığı ilə baş tutan tədbirdə 63 nəfər orden və medallarla təltif olunublar. Təltif olunanlar arasında Rusiya-Ukrayina müharibəsində həlak olan soydaşlarımızın ailə üzvləri, Çeçen mücahidləri (Şeyx Mənsur batalyonu) və könüllülər olub.

Tədbirdə fəxri qonaq qismində - Ukrayna Veteranlar nazirinin müavini Ruslana xanım Veliçko, yunan-roma güləşi üzrə Paris Yay Olimpiya oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibov, Kiyev şəhər Hərbi adminstrasiyasının müşaviri polkovnik Aleksey Bulayevskiy, əfsanəvi batalyon komandiri polkovnik Viktor Toloçko da iştirak ediblər.





Xəbər 2671 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +