Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


29.03.2018  15:36 

ABŞ-dakı Rusiya aktivlərinə həbs qoya bilər





A+  A-

ABŞ Rusiyanın 60 Rusiyalı diplomatın ölkədən çıxarılmasına istənilən cavabına hazırdır.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman “RBK” kanalına müsahibəsində bildirib.

Səfir ABŞ-ın Rusiyanın “Skripal işi” ilə əlaqədar 60 rus diplomatının ölkədən çıxarılmasına görə verə biləcəyi hər bir cavaba hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu tədbirlər ABŞ-dakı Rusiya aktivlərinə həbs qoyulması və hətta Rusiya vətəndaşları üçün visa rejminin sərtləşdirilməsini də özündə əks etdirə bilər.

“Əlbəttə bunlar mümkündür. Bundan sonra nələr baş verəcək, mən sizə dəqiq deyə bilmərəm. Bütün bunlar Rusiyanın cavabından asılı olacaq və mənim bunun nələrdən ibarət olacağı barədə xəbərim yoxdur” – Hantsman vurğulayıb.

Eyni zamanda səfir ABŞ-ın sanksiya tədbirlərini davam etdirəcəyini də bildirib.

Qeyd edək ki, Rusiya vətəndaşları üçün visa rejiminin sərtləşdirilməsi ilə bağlı Britaniya tərəfi də tədbirlər görməyi planlaşdırır.

Xəbər 1380 dəfə oxunub.




01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +