“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


16.05.2018  15:49 

50 min azərbaycanlı ABŞ-a köçmək üçün müraciət edib





A+  A-

2019-cu ilin “Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb, 22 noyabrda bitdi. Proqramının nəticələri isə dünən – 15 may 2018-ci il tarixində elan edildi.
Əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən “Greencard” lotereyası almaq üçün Azərbaycan vətəndaşları da canfəşanlıq edirlər. Bu baxımdan hazırda əksəriyyətin yeganə maraq obyekti nəticələri öyrənməkdir.

XəzərNews.az-ın məlumatına görə, bununla bağlı “Greencard.az” şirkətinin mütəxəssisi Royal Cəfərov Modern.az saytına danışarkən deyib ki, bu il “Greencard” vəsiqəsini almaq üçün şirkətə 50 mindən çox müraciət daxil olub:

“Lakin nəticələri yoxlamaq üçün müəyyən müddət lazımdır. Bu baxımdan hazırda nə qədər adamın lotereyada qazandığı istiqamətində hesablama işləri gedir. Digər tərəfdən insanların fərdi olaraq nəticələrini öyrənmək istəyini də nəzərə almışıq. Ötən il bizdə bununla bağlı problem yaranmışdı.

Bu gün səhər saat 10-a kimi saytımızda bir bölmə yaratdıq. Elə adamlar var ki, “Greencard”a müraciət etsə də, yadından çıxıb və ya nəticələrin çox da marağında deyil. Lakin eləsi də var ki, “Facebook”da məlumatları mütəmadi olaraq izləyir və nəticələrin nə zaman çıxacağını gözləyir. Bu insanlar üçün saytımızda dediyim kimi bölmə yaratdıq. Kim nəticələri bilmək istəyirsə, adları, soyadları, doğum tarixlərini yazıb informasiya əldə edə bilər.

Həmin şəxslərin bir hissəsinin adı bu gün günün sonuna qədər, bir hissəsininki isə sabah məlum olacaq və yayımlanacaq. Yekun nəticə üçün zaman lazımdır”.

R.Cəfərov qeyd edib ki, hər il Azərbaycandan müraciət edən təxminən 300-500 nəfər “Greencard” qalibi olur:

“Bu il bu rəqəmin 700-800 olması gözlənilir. Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız 1- “Greencard” qazanır, deməli ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.

Qeyd edək ki, “Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. “Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.

Bu il qalib olmuş şəxslər isə 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.

Xəbər 1521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2024  13:00 

Türkiyədə güclü zəlzələ olub

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin


BÜTÜN XƏBƏRLƏR +