Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq


26.07.2021  09:46 

Keçmiş həyat yoldaşını boğaraq öldürən kişi tutuldu - Yenilənib





A+  A-

Bərdədə qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib.
XəzərNews.az-ın məlumatına görə, rayon sakini İbrahimova Nərgiz Razim qızı keçmiş həyat yoldaşı Mustafayev Aqil Elman oğlu tərəfindən boğularaq öldürülüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Bərdə rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, iyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanı əri, 1983-cü il təvəllüdlü Aqil Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər 1800 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +