13.02.2017 11:09
Sosial şəbəkələr istəsək də, istəməsək də gündəlik həyatımıza daxil olub. Sosial şəbəkələrdən istifadə elə bir həddə çatıb ki, bəziləri onun xəstəsinə çevrilib və həyatını onlarsız təsəvvür etmir. Bəziləri də hesab edir ki, Facebook, Twitter, Odnoklassniki.ru, Vkontakte.ru və digər sosial şəbəkələrdən istifadə işçilərin də qulluq vəzifələrini yerinə yetirməsinə mane olur. Təsadüfi deyil ki, artıq bir sıra böyük dünya şirkətləri və dövlət qurumları iş yerlərində sosial şəbəkələrdən istifadəyə qadağa qoyub.
Bəs bu vəziyyət Azərbaycanda necədir? Sosial şəbəkələrdən istifadə etməyə dövlət qurumlarında icazə verilirmi?
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az saytı bəzi nazirliklər və dövlət qurumlarından bu suala cavab istəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaəqlər şöbəsinin müdiri Elman Babayev nazirlikdə işçilərin sosial şəbəkələrdən istifadəsinə hər hansı qadağanın qoyulmadığını bildirib.
“İşçilərdən sosial şəbəkələrdə səhifəsi olanlar var və bununla bağlı hər hansı məhdudiyyət mövcud deyil. Nazirliyin özünün də sosial şəbəkələrdə rəsmi səhifəsi mövcuddur”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev etik davranış qaydalarında internetdən yalnız iş məqsədləri üçün istifadənin nəzərdə tutulduğunu deyib.
“Sosial şəbəkələrdən də yalnız işdə ehtiyac duyulan işçilər istifadə edir. Yəni şəxsi məqsədlər üçün yox, iş məqsədilə istifadə olunur”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, işçilərə sosial şəbəkələrdən istifadədə hər hansı qadağa qoyulmayıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov da nazirlikdə işçilərin sosial şəbəkələrdən istifadəsinə hər hansı qadağanın qoyulmadığını bildirib.
“Kim sosial şəbəkədə qeydiyyatdan keçibsə, ondan istifadə də edə, baxa da bilər. Hazırda hər kəs istər öz telefonundan, istərsə də komputerindən sosial şəbəkələrə daxil ola bilər. Bunun üçün hər hansı bir qadağa yoxdur”.
Məsələ ilə bağlı daha bir neçə nazirliyə sorğu göndərsək də, cavab vermək istəmədilər.
|
08.09.2024 11:33
07.09.2024 18:57
Qıcqırmış salat, gömgöy kəsmik.. - “Araz“da vaxtı keçmiş məhsullar satılır - ŞİKAYƏT
07.09.2024 18:53
07.09.2024 10:55
07.09.2024 10:45
07.09.2024 10:39
06.09.2024 19:16
06.09.2024 16:35
06.09.2024 14:15
06.09.2024 14:06
06.09.2024 13:58
Prezident “Ansaldo Energia” şirkətinin icraçı direktoru ilə görüşüb
06.09.2024 12:49
06.09.2024 11:52
06.09.2024 09:58
05.09.2024 16:27
05.09.2024 16:20
05.09.2024 15:38
05.09.2024 12:58
05.09.2024 12:51
05.09.2024 12:01
04.09.2024 14:59
7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib
04.09.2024 14:48
20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar
04.09.2024 13:02
“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”
04.09.2024 11:58
03.09.2024 18:46
03.09.2024 18:40
03.09.2024 18:30
Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?
03.09.2024 15:56
03.09.2024 15:16
03.09.2024 13:07
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
03.09.2024 13:03
03.09.2024 11:54
Erməni qızın Azərbaycan dilində danışması maraq doğurub -Video
03.09.2024 10:02
02.09.2024 18:10