“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


20.06.2022  16:52 

Venesiya Komissiyası “Media haqqında” Qanuna RƏY verdi: “Tətbiq edilməməlidir”





A+  A-

“Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanun tətbiq edilməməlidir - Venesiya Komissiyasının “Media haqqında” qanuna verdiyi bu gün açıqlanan hüquqi rəyini, bir cümlə ilə belə ifadə etmək olar”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama verən hüquqşünas Xalid Ağalı bildirib ki, 4 ekspertin hazırladığı 22 səhifəlik rəy Venesiya Komissiyasının 17-18 iyun-da keçirilmiş 131-ci plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib:

“Ötən ilin sonunda tələm-tələsik parlamentə çıxarılıb, qəbul edilən qanun layihəsini elə həmin vaxt mürtəce hesab etmişdik, onun mediamıza töhfə yox, zərbələr vuracağını söyləmişdik. 20-30 səhifəlik təkliflər də hazırlayıb təqdim etmişdik, təəssüf ki, nəzərə alınmamışdı. Tələm-tələsik hazırladığımız təkliflər əsasən, 20-25 maddəyə fokuslanmışdı. VK də öz rəyində həmin müddəaları əsas hədəf alıb”.

X.Ağalı geniş olan rəyi bəzi qısaltmalarla təqdim edib:

“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “şəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Azərbaycan standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Qanun bütünlüklə ləğv edilməzsə, Venesiya Komissiyası təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır”, Venesiya Komissiyası “Media haqqında” qanunun ifadə azadlığına başlıca təhdid mənbəyi olan bir çox müddəalarının ləğvini istəyir. Həmin müddəalar əsasən, aşağıdakılardır:

- Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;

- Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;

- akreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;

- məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;

- jurnalsit qaynaqlarının qorunması ilə bağlı müddəaları dəyişdirmək;
- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;

- çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;

Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanır”.


Xəbər 1212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +